Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2017
12:45
Hesablama Palatası İTV-ni yoxladı

Hesablama Palatasının Kollegiya iclası keçirilib. Kollegiya iclasında 2017-ci ilin İş planı üzrə həyata keçirilmiş dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, İctimai Televiziya  və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Gəncə şəhər Səhiyyə İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinə dair hesabatlar müzakirə olunub.
 
Kollegiyaya dəvət olunmuş Sumqayıt Dövlət Universitetinin İqtisadi məsələlər üzrə prorektoru Nahid  Hacıyev, baş mühasib Şahmar Abdullayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Nazim Mürsəlov, Maliyyə və mühasibat Departamentinin direktoru Zaur Məmmədov, Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev  və baş mühasibin müavini Gülnar Bağırova müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
 
Aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43488

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41800

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43466

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42927

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48441

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42960

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43375
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 19:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru