Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2017
14:14
Hesablama Palatası bəzi kolleclərdə nöqsanlar aşkarlayıb

Orta ixtisas təhsil müəssisələrində aparılan cari təhlil nəticəsində büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən edilən qaydada büdcədənkənar vəsaitlər üzrə debitor və kreditor borcların mühasibat yazılışlarının maliyyə hesabatlarına və əlavələrində əks etdirilməməsi halları müəyyən edilib.

Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, debitor və kreditor borclar üzrə mühasibat yazılışlarının qanunvericiliyin tələblərinə uyğun maliyyə hesabatlarında əks etdirilməməsi həmin büdcə təşkilatlarının hesabatlılığında təhriflərə yol verilməsi ilə yanaşı, şəffaflığın da təmin olunmadığını göstərir.

Bundan əlavə, 2014-cü və 2015-ci illərdə büdcədənkənar vəsaitlər üzrə debitor borcların az göstərilməsi ödənişli əsaslarla təhsil alan ümumi tələbə kontingentinin müvafiq olaraq Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci üzrə 29,1 %-nin və 40,2 %-nin, Mingəçevir Turizm Kolleci üzrə isə 31,5 %-nin və 34,5 %-nin xaric olunması ilə əlaqələndirilir ki, bu da qeyri-real görünür. Bu hal real vəziyyətin ilkin sənədlər əsasında araşdırılmasını zəruri edir.

Təhsil Nazirliyi Hesablama Palatasına bildirib ki, nazirliyin tabeliyində olan ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Hesabat Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
230

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
229

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
261

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
247

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
362

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
341

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
541
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 00:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru