Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2017
20:39
7572
Tiflisdə Azərbaycanın 13 yaşlı rəssamının sərgisi açılıb - FOTO

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin dəstəyi ilə gənc Azərbaycan rəssamı Elnur Camalovun rəsm əsərlərinin sərgisi açılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva rəssam və onun yaradıcılığı haqqında sərgi iştirakçılarına ətraflı məlumat verib.

 

O, son illər Mədəniyyət Muzeyində Gürcüstanda yaşayan və Azərbaycandan gələn istedadlı rəssamların sərgilərinin keçirildiyini bildirib.

 

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağəli İbrahimov isə gənc rəssamın fəaliyyətini bəyəndiyini bildirib: “Son illər Azərbaycanda gənclərin rəsm yaradıcılığı inkişaf edir. Onlar müxtəlif beynəlxalq sərgilərdə iştirak edirlər. Bu gün Tiflisdə sərgisi keçirilən 13 yaşlı Elnur Camalovun M. F. Axundov adına Mədəniyyət Muzeyində sərgisinin təşkil edilməsi tarixi hadisədir. Gənc rəssamın dəfələrlə xaricdə vətənpərvərlik mövzusunda çəkdiyi rəsm əsərləri sərgilənib. Onun əsərlərində multikulturalizm və tolerantlıq işartıları var. Gənc rəssam Elnur Camalovun rəssamlıq sənətində parlaq gələcəyi olacaq. Ona daha böyük uğur arzulayıram”.

 

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı Vüqar Mustafayev, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəsmisi Georgi Qeqeçkori, Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin sədri Quram Tsertsvadze və başqaları çıxış ediblər.

 

Q. Tsertsvadze 13 yaşlı rəssamı rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

 

Gənc rəssam Elnur Camalov APA-ya açıqlamasında 4 yaşından rəssamlıqla məşğul olduğunu  bildirib: “Xırdalandakı Zirvə liseyində təhsil alıram. 50-yə yaxın rəsm əsərlərim var. Azərbaycan Rəssamlar İttifaqının xətti ilə Fransada və İspaniyada sərgilərim keçirilib və III yerə layiq görülərək müxtəlif mükafat və diplomlar almışam. Hazırda Xalq rəssamı Ağəli İbrahimovun məsləhəti ilə rəsm əsərləri çəkirəm”.

 

Tədbirdə rəssamın 25 rəsm əsəri sərgilənib.

 

Sərgi üç gün davam edəcək. 

tiflisde azerbaycanin 13 yasli ressaminin sergisi acilib

tiflisde azerbaycanin 13 yasli ressaminin sergisi acilib

tiflisde azerbaycanin 13 yasli ressaminin sergisi acilib

tiflisde azerbaycanin 13 yasli ressaminin sergisi acilib

tiflisde azerbaycanin 13 yasli ressaminin sergisi acilib

tiflisde azerbaycanin 13 yasli ressaminin sergisi acilib

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
44

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
74

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
113

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
149

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
139

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
686

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
513
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 16:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru