Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2017
11:05
`2017-ci ildə mənzil bazarında qiymət artımı gözlənilmir`

“Bəzi internet portallarında son 3 ildə davamlı olaraq qiymət artımlarının olduğunun bəyan edilməsinə baxmayaraq, bu ilin ilk aylarında qiymət artımlarının olduğunu söyləmək mümkün deyil”.

Modern.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

O qeyd edib ki, əksinə, son 3 ildə qiymətlərin xüsusən də dollar ifadəsində azalması müşahidə edilir:

“Doğrudur, mənzil satışı ilə məşğul olan bir sıra şəbəkələşmiş şirkətlər və ya ofislər süni şəkildə qiymət artımlarına çalışsalar da, tələbin azlığı fonunda bu uğurlu olmayıb”.

Mənzil bazarında qiymətlər necə dəyişəcək?

V.Bayramovun sözlərinə görə, mənzillərin qiyməti birbaşa manatın bazar dəyərinin formalaşmasından asılı olacaq:

“Bir tərəfdən, mənzil almaq istəyən sayı az olmayan vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya çevirərək daha uyğun məzənnə ilə pulu milliləşdirib ev almağı düşünürdülər. Digər tərəfdən, manat stabillik əldə edərsə, bu sektorda yatırımların həcmini artıra bilər.

Manatın məzənnəsi stabilləşərsə, pulunu xarici valyutada saxlayan vətəndaşlarımızın əhəmiyyətli hissəsi vəsaiti daşınmaz əmlakda saxlamaq qərarı verə bilərlər ki, bu da bazardakı durğunluğun aradan qalxmasına səbəb ola bilər.

Qeyd edim ki, bəzi mənzil sahibləri əvvəlki dövrlərdə evlərini daha tez satıb pulunu xarici valyutada saxlamağa üstünlük verirdilər ki, bunların da sayının azalacağı gözləniləndir”.

V.Bayramov deyib ki, əgər bu ilin birinci yarısında manat stabil qalarsa, ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır:

“Təbii ki, bu halda tələbin artması baş versə də, 2017-ci ildə mənzil bazarında kəskin qiymət artımları gözlənilmir. Çünki formalaşmış təkliflə tələb arasında uçurum çox böyükdür. Bunun optimallaşması zaman tələb edilir. Amma manatın stabilliyinə nail olmaq mümkün olmazsa, növbəti aylarda da mənzil bazarındakı durğunluq davam edəcək. Bununla belə, valyuta bazarı stabilləşərsə və bu kontekstdən tələb artarsa, 2018-ci ilin əvvəlində müəyyən qiymət artımları istisna edilmir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53956

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52094

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58643

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52894

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 17:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru