Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2017
14:40
Mirvari Qəhrəmanlı: “Ancaq köməkçi işlərdə, açıq havada işləyənlər təxliyə olunub”

Dünən SOCAR dənizdə gözlənilən qasırğa ilə əlaqədar neftçilərin təxliyə ediləcəyi barədə məlumat vermişdi. Bu gün isə neftçilərdən birinin ailəsi sosial şəbəkədə məlumat yayaraq, SOCAR-ın neftçiləri təxliyə etmədiyini, sadəcə 20 nəfərin çıxarıldığını və helikopterlərinin uçuşunun mümkün olmadığını bildirib.

Sözügedən məsələ ilə əlaqədar Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı FaktXəbər-ə açıqlamasında bildirib ki, bu, sadəcə bir neftçinin qohumunun münasibəti ola bilər, bütün platformalardan xəbər verə bilməz: “Azneft İstehsalat Birliyinin tərkibində dənizdə işçiləri olan qurumlar Pirallahı neft çıxarma idarəsi, Neft daşlarında 28 May qaz çıxarma idarəsi və «Nərimanov» neft-qaz çıxarma idarəsidir. Ümumilikdə üç idarədən çıxarılanların sayı 300 nəfər yaxındır. Onlardan 35 nəfəri Neft Daşlarının İdarəsinin işçiləridir. Ən çoxu «Nərimanneft»ə aiddir. Çıxarılmayanlar 28 May NQÇ-nin işçiləridir. O, Çilov adasında yerləşir. Orada idarələr, ofislər, yataqxanalar var, yəni torpaq üzərində yerləşir. Nefti isə platformalardan çıxarılır. Platformalardan bir kimsə çıxarılmayıb".

Mirvari xanım bundan narahat olduğunu bildirdi: "Bu, məni də narahat etmişdi və dünəndən bəri yazıram. Onlar əsaslandırırlar ki, platformalar təzədirlər, onların uçma ehtimalı yoxdur. Amma mənim cavabım belədir ki, 2015-ci il dekabrın 4-də platforma uçmamışdı. Yanğın olmuşdu. Güclü külək də kiçik hadisəni böyük hadisəyə çevrilə bilər. Sonra bildirdim ki, platformalarda bir şey baş versə, məsuliyyəti Azneft İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərova aiddir".

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri neçə ildir ki, vaxtı keçmiş esdakadalar və özüllərin əsaslı təmir olunmadığını vurğuladı: "Məhz elə həmin qəzalı esdakadalarda işləyənlər təxliyə olunub. Onu da qeyd edim ki, neft hasilatı fasiləsiz prosesdir. Onu saxlamaq olmaz. Əgər bir buruğu saxlasan, çox ciddi ziyan dəyər ki, onun reabilitasiyasına aylarla vaxt lazım olar. Bu səbəbdən, ancaq köməkçi işlərdə, açıq havada işləyənlər təxliyə olunub, operatorlar isə çıxarıla bilməzlər. Onların təhlükəsizliyi təmin olunub-olunmadığını deyə bilmərəm.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16108

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14767

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16161

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15765

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21139

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15664

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15790
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 09:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru