Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2017
20:55
3977
Zaqatala sakinindən qeyri-adi İXTİRALAR - VİDEO

43 yaşlı Zaqatala şəhər sakini Ramiz Qarəhmədov ixtisasca istismarçı texnikdir. Məktəb çağlarından fizikaya maraq göstərən qəhrəmanımız, hələ uşaq ikən belə istifadəyə yararsız radio, maqnitafon və başqa cihazları təmir etməklə ətrafındakıları təəccübləndirib.

FaktXəbər ARB Şəki-yə istinadən bildirir ki, yeni nəsə yaratmaq üçün adətən Ramiz Qaraəhmədov öncə dəmir tullantıları atılan məkanlara üz tutur.

Kimlərsə üçün faydasız sayılan istifadəyə yararsız soyuducu, paltaryuyan, komputer və başqa texniki avadanlıqların tullantıları onun üçün xammal rolunu oynayır. Bəzən isə belə xarab texnikanı nisbətən ucuz qiymətə almaqla da ehtiyat bazasını formalaşdırır.

İnkubasiya aparatını düzəltmək üçün isə qəhrəmanımız istifadəyə yararsız, atılmış soyuducu, komputerlərin içərisində olan ventilyasiya sistemləri və rəqəmsal antenanın mühərrikindən istifadə edib. Eyni vaxtda 200 ədəd toyuq yumurtasından cücə çıxarmaq iqtidarında olan bu cihazın hətta zavod istehsalı olan xələfindən üstün cəhətləri də var.

Belə ki, qurğu elektrik enerjisi kəsilsə belə 4 saatdan çox işləmək bacarığına malikdir. Maddi sıxıntılar ixtiraçının daha geniş miqyasda fəaliyyət göstərməsinə mane olur. Çünki, yeni nəsə yaratmaq üçün heçdə həmişə köhnə texnikalar yetərli olmur. Bəzən müəyyən hissələri pulla da almaq lazım gəlir.

Həmsöhbətimiz dəstək və sifarişlər olarsa, istənilən texnikanın istehsalının mümkün olduğunu bildirir. Ramiz Qarəhmədov kimi bacarıqlı, yenilikçi insanlar yetərincədir. Bəzən azacıq dəstək bu cür insanları yeni ixtiralara həvəsləndirir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
150

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
301

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
263

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
89

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
57

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
94

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
68
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 01:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru