Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2012
12:00
`TİTANİK`in BATMASINDAN 100 İL ÖTDÜ
Gəmi barədə yaradılan sayta yeni məlumatlar daxil edilib

"Titanik"in aysberqlə toqquşub Şimali Atlantika sularına basdırılmasının 100-cü il dönümündə rəqəmsal mühitdə gəmi haqqında 200 mindən çox sənəd nümayiş olunub.

FaktXeber.com-un verdiyi məlumata görə, sənədlər 15 aprel 1912-ci ildəki faciədə dünyasını dəyişən 1500-dən çox insanla birlikdə xarabalıqlarla əlaqədar məlumatı əks etdirir.

Sənədlər arasında "Titanik"in kapitanı Edvard J.Smitə aid çoxlu sayda vəsiyyətnamə, istintaq yazıları, dənizdən toplanan 330 cəsədə dair sənədlər və gəminin rəsmi sərnişin siyahısı da yer alır.

Sərnişin siyahısında gəmidəki bütün şəxslərin adları, yaşları, vətəndaşlıqları və peşələri yazılıb.

"Ancestry.co.uk." saytı tərəfindən yığılan kolleksiyaya 31 may 2012 tarixinə qədər giriş ödənişsiz olacaq.

Saytda 700-dən çox insanı xilas edən "Carpathia" gəmisinin sərnişin siyahısı da var.

Xatırladaq ki, Belfastda hazırlanan və əsla batmayacağı düşünülən "Titanik", 10 aprel 1912-ci ildə Nyu Yorka doğru yola çıxmış, ancaq 15 apreldə aysberqlə toqquşaraq 2228 sərnişin və ekipaj üzvü ilə Şimali Atlantika sularına qərq olmuşdu.

"Titanik"in qalıqları 1985-ci ildə Kanadanın Newfoundland bölgəsinin 645 kilometrliyində dəniz alimi Robert Ballard tərəfindən tapılmışdı.

Aysel Məmmədova

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4528

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3628

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5351

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5389

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6621

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5111
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 18:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru