Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2017
22:20
İran və Səudiyyə Ərəbistan Həcc ziyarəti ilə bağlı razılığa gəlib

İranlı zəvvarlar cari ilin Həcc mövsümündə Səudiyyə Ərəbistanına səfər edəcəklər. 

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Həcc və Ziyarət Təşkilatı açıqlama verib.

Açıqlamada bildirilir: “İran xalqının diqqətinə çatdırırıq ki, cari ildə Həcc ziyarəti barədə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi ilə aparılan danışıqların ardınca və onlardan istədiklərimizin yerinə yetirilməsinə əmin olduqdan sonra ali lider, İslam Respublikası məsul şəxsləri və İran xalqının istəyinə uyğun olaraq ölkəmizdən olan zəvvarların təhlükəsizliyinə, izzət və hörmətlərinin qorunmasına təminat verilir. Əldə olunan razılığa əsasən  konsulluq, tibbi yardım və digər ehtiyac olan xidmətlərin göstərilməsi nəzərdə tutulur. Allahın lütfü ilə cari ilin Həcc mövsümündə 85 min nəfərin Həcc ziyarətini yerinə yetirməsi üçün şərait yaranıb. Təbiidir ki, aparılan danışıqlarda müxtəlif məsələlər, o cümlədən Mina faciəsində şəhid olanlar,  Məscidul-Haram hadisəsində şəhid olanlar haqqında danışılıb və ilk fürsətdə keçiriləcək mətbuat konfransında ona dair açıqlamalar veriləcək”.

Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı yaşanan faciəvi insidentdən sonra rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi qadağan edib. Həmin il Mina faciəsində 466 iranlı zəvvar həyatını itirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68865

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
66312

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
68120

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67441

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72932

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
67205

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67539
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-03-2021 11:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru