Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Mart

2017
12:14
2167
Ərəblərin azərbaycanlı köməkçiləri güllə yarası alıblar

Şəkidə ov edən ərəb turistlərin azərbaycanlı köməkçiləri ehtiyatsızlıqdan yaralanıblar. FaktXəbər-in APA-ya istinadən məlumata görə, martın 10-da axşam saatlarında Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Ramin Sahib oğlu Babayev və Bakı şəhər sakini, 1983-cü il təvəllüqlü Ruslan Fərhad oğlu Axundov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yarası ilə xəstəxanaya daxil olublar. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, bədən nahiyəsinə girmiş qırmaların bir qismi çıxarılıb. Ramin Babayev və Ruslan Axundov müalicələrinin və qırmaların qalanlarını çıxarılması ücün Bakı şəhərindəki müvafiq xəstəxanalardan birinə müraciət edəcəklərini bildiriblər. Bu səbəbdən onlar ilkin müayinədən sonra sərbəst buraxılıblar.

Şəki rayon ərazisində ov edən və Şəki saray otelində qalan ərəblərin sürücüsü Ramin Babayev və tərcüməçisi Ruslan Axundov hadisənin Şəki saray otelinin həyətində baş verdiyini bildiriblər. Onların sözlərinə görə, ərəb turistlərlə birlikdə ov edib otelə qayıtdıqdan sonra maşından ov tüfəngini götürən zaman tüfəng yerə düşüb. Tüfəng dolu olduğundan yerə düşən zaman qəfildən atəş açılıb və hər iki şəxs bədənin müxtəlif nahiyələrindən çoxsaylı qırma yaraları xəsarəti alıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

23

Sentyabr
20:23
AİLƏ, SAĞLAMLIQ
76

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
338

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
230

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
213

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
241

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
231

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
297

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
243

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
258
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 20:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru