Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Fevral

2017
12:33
2828
Hədəf Putinin `Siloviklər`idirmi? - ANALİZ

"Soyuq müharibə"ni xatırladan sui-qəsdlər və ölümlər Rusiyada Vladimir Putin ilə tanınan və "Siloviki" adlandırılan güclü adamları önə çıxarır. Oleq Erovinkinin Moskvadakı sirr ölümü beynəlxalq güc mübarizəsində yeni hədəfin belə şəxslər ola biləcəyi şübhəsini doğurur.

FaktXəbər-in məlumatına görə, qəfil şəkildə öz iş otağında dünyasını dəyişən Vitali Çurkin 10 il idi Kremlin Birləşmiş Millətlər Təşkilatındakı səsi kimi fəaliyyət göstərib və Ukrayna böhranından Suriyaya qədər kritik məsələlərdə Rusiyanın güvəndiyi şəxs olub. "Soyuq müharibə" dövründə yetişən diplomatlardan olan Çurkin, son 2 ayda sirli şəkildə dünyasını dəyişən səkkizinci yüksək səviyyəli Rusiya rəsmisi olub. 19 dekabrda Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsindən sonra dünyanın müxtəlif yerlərində və fərqli tarixlərdə rus diplomat və rəsmilərin ölüm xəbərləri gəlməyə başlayıb. Moskva, Afina, Yeni Dehli, Qazaxıstan və Nyu-York kimi dünyanın kritik mərkəzlərində Kremlə yaxın olan rus diplomatlar başından vurulmuş halda, evlərində ölü olaraq, ya da xəstəxanaya çatdırıldıqdan bir müddət sonra dünyasını dəyişib. Bu şəxslər arasında elə biri var ki, bütün bu ölüm hallarının adi olmadığını göstərir. O, Oleq Erovinkindir.

KREMLİN "SİRR QUTUSU"

Oleq Erovinkin Putinin sağ qollarından olub. Bundan əlavə, Rusiyada "Siloviki" kimi tanınan və Rusiya Prezidenti Putinin yaxın işçi qrupundan İqor Seçinin müavini və həmdəmi idi. Erovinkin eyni zamanda Moskvada Putinin "sirr qutusu" da adlandırılırdı. İqor Seçin Rusiya kəşfiyyat xidməti olan FSB-nin enerji sektorundakı nümayəndəsi kimi tanınır. Seçin hazırda Rusiyanın enerji nəhəngi "Rosneft"in sədridir. Erovinkin də Seçin kimi Rusiyanın keçmiş kəşfiyyat generalı idi və "Rosneft"in ikinci sədrliyi vəzifəsini icra edirdi. Moskvanın "sirr qutusu" 28 dekabr tarixində Kremldə Putinlə görüşdən çıxdıqdan iki saat sonra avtomobilinin arxa oturacağında ölü tapılmışdı.

MƏQSƏD RUSİYANI ÇÖKDÜRMƏKDİRMİ?

Sui-qəsd nəticəsində öldürülən Andrey Karlov inkişaf edən Rusiya-Türkiyə münasibətlərinə böyük diqqət yetirməsinin nəticəsi kimi şəxsən Putin tərəfindən təyin olunmuşdu. Eyni zamanda, Afinadakı evində ölü tapılan rus diplomat Andrey Malanin konsul olsa da, Yunanıstanda səfir səviyyəsində təsirli mövqeyi ilə tanınırdı. Roman Skrılnikov, Aleksandr Kadakin və Vitali Çurkin də Rusiya üçün böyük əhəmiyyətə malik ölkələrdə fəaliyyət göstərirdi. Bütün bu şəxslərin son iki ayda dünyasını dəyişməsi, Putinin əsas gücü sayılan və Rusiyanın əhəmiyyətli müəssisələrini idarə edən "Silovikilər"in hədəf alınıb alınmaması sualını yaradır.

SOYUQ MÜHARİBƏ DİPLOMATI

Rusiyanın BMT Daimi Nümayəndəliyi vəzifəsini 2006-ci ildən daşıyan Vitali Çurkin öz iş otağında qəfil xəstələnmiş və xəstəxanaya aparılmışdı. İnfarkt keçirdiyi bildirilən və xəstəxanada müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayan Çurkinin dəqiq ölüm səbəbinə dair hələ ki, rəsmi açıqlama verilməyib. O, diplomat karyerasına 1974-cü ildən başlayıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru