Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2017
09:05
Mədəniyyət evləri, klub və kinoteatrlar satışa çıxarıldı

Ölkədə 2 min 500-dən çox mədəniyyət evi və klubunun satışına Qəbələnin Vəndam qəsəbəsindəki mədəniyyət evindən start verilib.

Martın 28-də keçiriləcək hərraca çıxarılan mədəniyyət evinə yerləşdiyi torpaq sahəsiylə birgə 40 min manat qiymət qoyulub.

Nazirlər Kabineti bu tipli mədəniyyət müəssisələri özəlləşdirilərkən, əvvəlki profilinin saxlanmasına aid hər hansı tələb irəli sürməyib. Bu o deməkdir ki, mədəniyyət ev və klublarını satın alan şəxs onlardan istədiyi kimi yararlana biləcək.

Kollektiv narazıdır, amma...

Vəndam qəsəbəsindəki mədəniyyət evində 5 nəfər çalışır. Bu xəbəri AzadlıqRadiosu-ndan öyrəndiyini deyən direktor Azər Azayevin sözlərinə görə, bir alıcı kimi, onlar da hüquqlarından istifadə edəcəklər. O, 15 faizlik pay üçün işçilərin 3 min 600 manat ödəyəcəklərini, buna görə ona etibarnamə verildiyini də söyləyib.

«Özəlləşdirməni pis qiymətləndirirəm. Qəsəbədə, ətraf kəndlərdə keçirilməsi nəzərdə tutulan ictimai-mədəni tədbirlər də bu mədəniyyət evində təşkil olunur. Burada müxtəlif dərnəklər fəaliyyət göstərir. Üç qrup və hər qrupda 12-15 tələbə var. Gələcəkdə nə olacaq, bilmirəm», - mədəniyyət evində 2005-ci ildən bəri direktor vəzifəsində çalışan A. Azayev belə deyir.

Alan, ən azı, təmir etməli olacaq

On mindən çox əhalisi olan Vəndam qəsəbəsindəki mədəniyyət evi 1967-ci ildə istifadəyə verilib. Əlli metr eni, 30 metr uzunluğu olan mədəniyyət evinin üç korpusu, səhnəsi, geniş zalı, foyesi və eyvanı var. Azər Azayev buranın təmirə ehtiyacı olduğunu da deyib.

Binada kitabxana da yerləşir. Burada 4 nəfər çalışır. Kitabxananın köçürüləcəyi gözlənilir.

ƏMDK sözçüsü: «Hazır olduqca satacağıq»

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK-nın) mətbuat katibi Qulu Xəlilov mədəniyyət evlərinin və klubların qiymətləndirilməsi başa çatdıqca özəlləşdirməyə çıxarılacağını söyləyib.

Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin sərəncamında olan 28 müəssisəni, o cümlədən 22 kinoteatrı özəlləşdirməyə çıxarıb. Şəhər, rayon və kəndlərdə yerləşən 2 min 507 mədəniyyət evini və klubları da kiçik müəssisə kimi hərrac yolu ilə satmaq nəzərdə tutulur. Onların 28-i Qəbələdədir. (Azadlıqradiosu)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43033

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41363

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42927

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42432

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47958

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42369

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42748
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2020 20:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru