Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2017
10:34
Rusiya yeni S-500 ZRK-ləri alacaqları tarixi açıqladı - VİDEO
Roqozin: "Hazırda ölkədə istehsal olunan qitələrarası ballistik raketlər ABŞ-ın bütün RƏM sistemini yarmaq iqtidarındadır"

Rusiya Federasiyası  Müdafiə Nazirliyi S-500 «Promotey» zenit-raket komplekslərinin (ZRK) ilk təcrübə nümunəsini 2020-ci ildə alacaq. FaktXəbər-in mignews-a istinadla məlumatına görə, bu barədə  qurumun rəhbəri  Yuriy Borisov bəyan edib.

S-500 -  yeni nəsil «yer-hava» zenit raket kompleksidir. Bu universal sistem  nəinki ballistik, həmçinin  aerodinamik hədəfləri və qanadlı raketlər məhv edə bilər.

Onun məhvetmə radiusu 600 km-dir. O, eyni zamanda saniyədə 7 km sürətdə 10 ballistik  səsdən sürətli hədəfi eyni anda müəyyənləşdirə və məhv edə bilər.

Öz xarakteristikasına görə S-500 hazırda  RF SQ-də olan «Triumf» S-400-lərini və ABŞ-dan olan rəqibi Patriot Advanced Capability-3-dən üstündür.

Yeri gəlmişkən qeyd edək ki, RF baş nazirinin müavini Dmitriy Roqozin  bəyan edib ki, hazırda ölkədə istehsal olunan  qitələrarası ballistik raketlər Amerikanın istənilən RƏM sistemini yarmaq iqtidarındadır. Nazir müavininin sözlərinə görə, RF nüvə qüvvələrinin tərkibinə  müxtəlif raketlər, o cümlədən  Qərbin çox qorxduğu «köhnə Sovet klassik raketləri» «Voyevoda» var, lakin yeniləri də  hazırlanır.

Bundan əvvəl Rusiya KİV-də xəbər yayılmışdı ki, cari ilin mart ayında «Sarmat» yeni qitələrarası ballistik  raketlərinin  sınaq atışlarını həyata keçirəcək. Bu raket Qərbdə «Şeytan» adlanan «Voyevoda»nı əvəz edəcək. Yeni silah mənzilinə  və gücünə görə, hazırda dünya rekordunu özündə saxlayan  «Voyevoda»dan üstün olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43114

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41428

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42997

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42507

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48038

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42515

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42883
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 14:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru