Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2017
15:44
Şah İsmayılın İmam Əli (ə) haqda yazdığı şeirlərin əsli tapılıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan azərbaycanlı Məhəmmədəli Hüseyninin yardımı ilə Şah İsmayıl Xətainin xətt nümunələrinin rəngli surətlərini əldə edib. Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Quliyevin APA-ya verdiyi məlumata görə, Şah İsmayıl Həzrət Əlinin kəlamlarını gözəl xətlə qızılı və mavi mürəkkəblə köçürüb:

“Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin əvvəllər yalnız bir səhifəsinin surəti əlimizdə idi. İndi isə Münhenin Baviyera Dövlət Kitabxanasında saxlanan əsərin orada mövcud olan 27 vərəqinin hamısının surəti Azərbaycana gətirilib. Nümunələrin üzərindəki qeyddən görünür ki, mətn Şah İsmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb. Xətt nümunələrinin altında ərəbcə mətnin fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən köçürülüb. Ehtimal ki, bu xətt nümunəsi Çaldıran döyüşündən əvvəl yazılıb. Osmanlı imperatoru I Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparmışdı. Əsər sonra oradan Avropaya aparılıb”.

İ. Quliyev əlavə edib ki, Şah İsmayıl Xətainin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münhenin Baviyera Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türk alimi İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə  çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında verib. Türk alimi Xətainin Hacı Məhəmməd Təbrizidən süls, Şah Mahmuddan nəstəliq xətti üzrə dərs aldığı barədə bilgi verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
265

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
231

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
271

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
304

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
266

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
446
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 03:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru