Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2017
14:51
10302
Uşaqların internet asılılığının əsl səbəbkarı kimdir? ARAŞDIRMA

Bu gün demək olar ki, bütün ailələrdə valideynlər uşaqların internet asılılığından şikayət edir. Ancaq, əsl təqsirkarın uşaqlarını mediadan uzaq tutmaları barədə öyüdlər verən valideynlərin ola biləcəyini heç düşündünüzmü?

FaktXeber.com olaraq cəmiyyətin əsas prorblemlərindən biri barədə qısa məlumat verməyə çalışacağıq.

Texnika əsrində internet, noutbuk, tablet və ən əsası ağıllı telefonlar hər kəsin gündəlik həyatının əvəzolunmaz bir parçasıdır. 

Asılılıq yaratma riski yüksək olan bu yeni media texnologiyalarının ailə üzvləri də daxil olmaqla, insanlar arası münasibətlərə böyük təsiri olduğu həqiqəti cəmiyyətdə tez-tez işlənir və təhlil olunur.

Və maraqlıdır ki, adətən bu məsələdə uşaqlar, yeniyertmələr günahkar bilinir. Ancaq ekspertlər belə hesab etmir.

Türkiyəli mütəxəssis, dr. Esra Cizməçi sözügedən problemdə valideynlərin güman edildiyi qədər məsum olmadığını bildirir.

Onun sözlərinə görə, əslındə uşaqlar və gənclər ailələri ilə vaxt keçirmək üçün səssiz bir qışqırıq içərisindədir. Ancaq günün yorğunluğunu sosial media kimi mühitlərdə çıxarmağa, ya da internetdə gəzişərək dincəlməyə üstünlük verən valideynlərin uşaqları ilə məşğul olmaq istəmirlər.

Özləri internetdən istifadə etmələri ilə övladlarına pis nümunə olan valideynlər uşaqlarını media asılılığına itələyir.

Uşaqlar bunu görür və "valideynlər bizləri internet asılılığında ittiham edir, özlərinin isə əllərindən  telefon, planşet düşmür", deyə parentsonphone etiketi ilə bu vəziyyəti tam nümayiş edən  fotolar paylaşırlar.

Həmin fotoların altından isə "kimsə mənimlə maraqlanmır, darıxıram" kimi ifadələr işlədilir. Bu da, onun başına gələ biləcək təhlükələrin ilk siqnalı ola bilər.

XXI yüzillik sürət əsridir. Bu gün hara baxsaq hər kəsin işə, evə, məktəbə tələsdiyini görürük. Bu qaçaqaç və intensiv şəhər həyatı həyatı həm valideynlərin, həm də uşaqların vaxtının çoxunu alır. Evə gəldikdə isə ailə üzvlərinin bir yerə toplandığı otaqda kimi televiziyadakı seriallar içərisində itir, kimi ağıllı telefonu ilə xarici dünyaya bağlanır, kimi isə kompüteri vasitəsilə iş görür…

Dr. Esra Cizməçinin sözlərinə görə, bunun əksi olmalıdır: "Axşam ailə üzvlərinin birlikdə faydalı tədbirlər görməsi, maraqlı söhbətlər etməsi böyük əhəmiyyət daşıyır.  Əlbəttə bu tədbirləri görərkən media texnologiyalarından həqiqətdən uzaq durmaq lazımdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
44

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1629

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
677

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
71

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
71

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
72

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
80
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 14:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru