Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2017
10:53
`Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq`

“Kliniki Tibbi Mərkəzdə idarəetməni asanlaşdırmaq, ştat şişirtmələrinin qarşısını almaq, dövlət büdcəsindən ayrılan vəsaitə qənaət etmək, göstərilən xidmətin effektliyini artırmaq və optimallaşdırmaq üçün struktur dəyişiklikləri nəzərdə tutulub”.

Bunu açıqlamasında Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Onun sözlərinə görə, ilk olaraq xırda, yəni çarpayı sayı az olan şöbələrin birləşdirilməsi planlaşdırılır: “Bu da idarəetməni olduqca asanlaşdırır. Yəni, bir patologiyadan olan xəstələrin statistikaları, müalicənin gedişi və nəticələri bir nəfərdən soruşulacaq, nəinki bir neçə xırda şöbələrin müdirlərindən. Odur ki, bütün bu işlərə cavabdeh şəxslərin sayı azaldılır”.

Baş həkim xatırladıb ki, bu yaxınlarda Mərkəzdə infeksion şöbələrin üçü ləğv edilərək bazasında 70 çarpayılıq böyük İnfeksion şöbə yaradılıb: “Təbii ki, çarpayıların profili dəyişməyib. Yəni, əvvəl olduğu kimi xəstələr hansı müraciət üzrə yatırdısa, indi də elə olacaq. Sadəcə xırda şöbələrin yerində bir böyük şöbə yaradılıb”.

“Fikrimiz var ki, digər xırdalanmış şöbələri də birləşdirək” - deyən Ə.Dadaşov qeyd edib ki, gələcəkdə Avropa ölkələrində olduğu kimi, bölümlərin yaradılması planlaşdırılır: “Misal olaraq, cərrahi bölüm yaratsaq burada yalnız bir cavabdeh şəxs olacaq. Həmin bölməyə isə travma, uşaq cərrahiyəsi, üst-çənə cərrahiyyəsi aid olacaq. İndi şöbələr ayrı və bir-birinə formal da olsa əlaqəsi yoxdur. Hər bir şöbə özü müstəqil fəaliyyət göstərir. Baş həkim cərrahi işlər üzrə müavininə tabe olurlar”.

Mərkəzdə hazırda 37 şöbənin olduğuna diqqət çəkən baş həkim bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyevə təklif verdiyini deyib: “Təkliflə çıxış etmişəm ki, Mərkəzdə cərrahi, terapevtik, infeksion və müayinə bölümü yaradılsın. Bununla da cavabdeh şəxslərin sayı azalacaq. Çünki bəzən bir funksiyanı lazımsız olaraq iki şöbə yerinə yetirir. Hazırda nazirlikdə bu məsələ müzakirə olunur. Səhiyyə nazirinin təşəbbüsü ilə artıq infeksion şöbəni formalaşdırdıq”.

Struktur dəyişikliyinin mərkəzdə hansısa işçi sayının azalmasına səbəb olması məsələsinə aydınlıq gətirən Ədalət Dadaşov əlavə edib ki, bu məsələdə heç bir işçi ixtisarından söhbət gedə bilməz: “Ştat, məkan, çarpayılar, həkimlər və tibb işçiləri olduğu kimi qalır. Sadəcə onlara bir nəfər rəhbərlik edəcək. O da bütün işin keyfiyyətinə cavab verəcək”.(report) 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47982

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46057

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47710

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47321

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52858

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46903

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47335
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 12:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru