Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2017
14:15
4774
Azərbaycanda vəhşilik törədən ərəblər deportasiya edildi

Ərəblərin Azərbaycandakı inanılmaz vəhşiliyi - FOTO-VİDEO

Əcnəbi ovçu turistlərin ölkə ərazisində ov edərkən Azərbaycan əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə dəyərlərimizə hörmətsizlik nümayiş etdirmələri, qanunları pozmaları barədə KİV və sosial şəbəkələrdə yayılan məlumatlar, görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarında təhlil edilib.
 
ETSN-nin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, yayılan şəkillərin və görüntülərin təhlili onu ehtimal etməyə əsas verib ki, çəkilişlərin bir qismi digər ölkələrdə lentə alınıb. Çəkilişlərdə Azərbaycan ərazilərindən də olan görüntülər əks olunub. Qeyd olunub ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə mahiyyət etibarilə ovçuluq fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarıdır, lakin Azərbaycan qanunlarından irəli gələrək, istər yerli, istərsə də xarici ovçular öz hüquqlarından istifadə etməkdə israrlıdır. Beynəlxalq öhdəliklərdən, ölkəmizin qoşulduğu Konvensiyalardan irəli gələrək, Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli Qərarı ilə əcnəbilərə və vətəndaşlığı olmayanlara ov icazəsi verilməsi təsbit olunub.
 
Təhlillər göstərir ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur. Mövcud normativlərə  əsasən, yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara 5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun, dovşanın isə yerli ovçulara 1 baş, xarici ovçulara 2 baş ovuna icazə verilir. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır. Yəni ilkin təhlillərə görə, inzibati  ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur”.
 
Bildirilib ki, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti ETSN tərəfindən təhlil olunur: “Artıq turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsın, onları ölkədə təvazökar, dürüst olmağa, özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparmağa sövq etsinlər. Ovçuluq etikasına uyğun gəlməyən, davranışları ilə mənəvi-mədəni dəyərlərimizə açıq hörmətsizlik nümayiş etdirən, ölkə qanunlarını pozan ovçu-turistlərin gətirilməsi faktları aşkar olunduğu təqdirdə həmin şirkətlərlə əməkdaşlıq dayandırılacaq. Təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında onların ölkədən xaric edilməsi təmin olunub. ETSN vətəndaşlardan, konkret faktlarla bağlı məlumat olduqda, 168 nömrəli “Qaynar xətt”ə müraciət etmələrini xahiş edir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
687

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
827

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
656

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
681

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
334

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
654

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
670

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
675
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 11:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru