Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2017
11:16
8266
İnternet zaman anlayışını dəyişir

İnternet zaman anlayışını fərqli edirmiş. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Kent Universitetinin əməkdaşlarının apardıqları  araşdırma nəticəsində məlum olub. Belə ki, yeni təcrübə üçün onlar 44 könüllünü cəlb ediblər. Onlara 20 təsvir göstərilib. Onların hər birinə  iştirakçılar  müəyyən vaxt ərzində baxıblar. Təsvirlərdən 5-i Facebook-dan, daha 5-i ümumiyyətlə internetdən götürülüb, qalan şəkillər isə neytral olub.

Könüllülərdən  təsvirlərə nə qədər baxdıqları soruşulub. Araşdırmalarda hər iki halda iştirakçılar üçün zaman dərkinin fərqli olduğu üzə çıxıb. Məlum olub ki, ümumilikdə internetlə bağlı olan fotolara nisbətən Facebook-la əlaqədar təsvirlərdə insanlar  zamanı dəyərləndirə bilməyiblər.

Bundan əvvəl  Mayns  Universiğtetinin  alimləri müəyyənləşdirmişdilər ki, depresiya zaman anlayışını pozur. Mütəxəssislər  16 araşdırmanı analiz ediblər. Ümumilikdə  sınaqda 433 depresiyalı və 485 depresiyasız insan iştirak edib. Elm adamlarının qənaətinə görə, depresiyadan əziyyət çəkənlər elə düşünür ki, zaman çox asta gedir, ya da vaxt ümumiyyətlə keçmir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
51

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
104

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
117
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 14:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru