Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2017
13:04
Sami Yusuf Donald Trampa sərt etiraz etdi

FaktXeber.com-un verdiyi məlumata görə, dünyaca məşhur müğənni Sami Yusuf ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa etiraz məktubu göndərib. Bəzi müsəlmanlar ölkələrə aid vətəndaşların ABŞ-a buraxılmaması ilə bağlı qərar çıxaran Trampın bu addımı beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanıb.

Sami Yusuf Ağ Ev rəhbərinə məktub yazaraq onun müsəlmanlarla bağlı çıxardığı qərara və bəzi çıxışlarına sərt etiraz edib: "Mən bir müsəlman və qərbliyəm. Yaxın Şərqdə dünyaya göz açmışam. Uşaqlıqda ailəmlə birgə İngiltərəyə köçmüşük. Mən burada dinimin və Qərbin ortaq dəyərləri əsasında boya-başa çatmışam. Bərabərlik, din azadlığı, söz azadlığı, digər mədəniyyətlərə hörmət və səadətdən məhrum qalan insanlara diqqət ayırmaq kimi dəyərlərlə böyümüş insanam. Donald Tramp Qərbin ən güclü bir ölkəsinin rəhbəri olaraq, bir tikə kağızın üzərinə nəzakətdən kənar şəkildə imza ataraq qərar verib ki, müsəlmanlar nəinki başqadırlar, onlar olduqca təhlükəlidirlər. Məhz buna görə də onlar ABŞ-a buraxılmamalıdırlar, çünki bizim həyat tərzimiz üçün təhlükədirlər".

Sami Yusuf həmçinin beynəlxalq ictimaiyyəti Trampın insanları qorxu və parçalamağa sürükləyən addımlarına qarşı çıxmağa çağırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8286

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7039

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8709

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8554

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12687

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8308
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-07-2020 17:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru