Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2017
11:27
Vaqif Əsədov: Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov təcili yardım maşınlarının qarşısında quraşdırılmış kamera görüntüləri vasitəsilə onlara yol verməyən avtomobillərin nömrəsinin qeydə alınaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi və həmin avtomobillərə qarşı tədbirlərin görülməsi barədə təklifinə münasibət bildirib.

FaktXəbər-in məlumatına görə, Trend-ə açıqlama verən V.Əsədovun sözlərinə görə, son illərdə təcili tibbi yardım maşınları çağırışa gedərkən yolda sıxlıqla qarşılaşır, ünvana vaxtında çata və nəticədə xəstəyə vaxtında yardım göstərə bilmirlər ki, bu da təəssüf hiss oyadır:

“Aparılan araşdırmalar deməyə əsas verir ki, bunlara səbəb bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması və bu maşınlara yol verməməsidir. Moskvada ictimai nəqliyyat vasitələrinin ayrıca bir hərəkət zolağı var. Bu zolağa başqa avtomobillər daxil olmamalıdır. Daxil olan avtomobil isə məsuliyyətə cəlb edilir. Məhz bu sürücüləri aşkar edib məsuliyyətə cəlb etmək üçün avtobuslara kameralar quraşdırılıb. Həmin ərazidə hərəkət edən maşının sürücüsünü avtobusda quraşdırılmış kameranın köməyi ilə aşkar edib məsuliyyətə cəlb edirlər. Mən ən azından bu praktikaya əsaslanaraq, hesab edirəm ki, təcili tibbi yardım maşınlarında kameraların quraşdırılması müsbət nəticələr əldə etməyə imkan verəcək”.

V.Əsədov qeyd edib ki, təcili tibbi yardım maşınlarına yol verməyən sürücülər barəsində indi də BŞBPİ tərəfindən protokol tərtib edilir və həmin sürücülər məsuliyyətə cəlb edilirlər. Lakin bütün sürücülər təcili yardım maşınlarına yolun verilməsinin vacib olduğunu bilsələr də, bəzən səhlənkarlıq edir, məsuliyyətdən yayınmaq istəyirlər.

V.Əsədov bildirib ki, təcili tibbi yardım maşınlarına kameraların quraşdırılması onlara yol veməyən sürücülərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müxtəlif tədbirlər görməyə və bu istiqamətdə daha yaxşı nəticələr əldə etməyə imkan verəcək.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Bakı şəhər Baş Polis İdarəsinə təklif göndərib. Təkliflərdə təcili yardım maşınlarının qarşısında kameranın quraşdırılması, onların onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən avtomobilin nömrəsinin qeydə alınaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi öz əksini tapıb. Stansiya hesab edir ki, sürücülərə qarşı bundan sonra görüləcək tədbirləri BŞBPİ müəyyənləşdirə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
264

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 19:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru