Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2017
12:31
1359
Bakıda dəniz sahilində çürümüş və balıqlar tərəfindən didilmış meyit tapılıb

Bakıda dəniz kənarından çürümüş kişi meyiti tapılıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisində dənizdə boğularaq sahilə çıxmış kişi meyiti ötən il dekabrın 8-də aşkar edilib.

Dərhal ekspertlərin iştirakı ilə meyitə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, onun əynində göy rəngli üzərində “MEXX” sözləri yazılmış cins şalvar, qara rəngli kəmər, qara rəngli corab, üzərində “DANAGİ” yazılmış ayaqqabı olub.

Baxış zamanı həmçinin meyiti tapılan şəxsin sünnət olunmadığı müəyyən edilib. O, 25-30 gün əvvəl öldüyündən cəsədin üzərində çürümə əlamətləri müşahidə olunub. Həmçinin bədənin müxtəlif hissələrini balıqlar yeyib. Meyiti tapılan şəxsin yaşının 45-55, boyunun uzunluğunun isə 180 sm olduğu ehtimal edilir. 

Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Onu tanıyanlardan (012) 455 02 02, (012) 455 44 32 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.  (APA)

Məqalədə : sahil meyit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1145

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 01:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru