Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2017
20:39
2466
Nazirlikdən Rusiya kanalındakı erməni iddialarına cavab

Ötən gün Rusiyanın “Telekafe” televiziya kanalında "Sən gəlməz oldun" musiqisi fonunda lavaş, kətə, təndir çörəyi və Azərbaycan mətbəxinə məxsus digər nümunələr erməni mətbəxi kimi təqdim edilib. Həmin veriliş 2014-cü ildə hazırlanıb və ötən gün yenidən yayımlanıb. Verilişin aparıcısının da erməni milliyətindən olduğu məlum olub.

Məsələ ilə bağlı açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov bildirib ki, ermənilər zaman-zaman Azərbaycanın milli mətbəx və digər mədəniyyət nümunələri ilə bağlı iddialar səsləndirib, lakin həmişə uğursuzluğa düçar olublar:

“Ötən ilin 28 noyabr - 2 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin Efiopiyada keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “İncə çörək hazırlama və paylaşma mədəniyyəti: Lavaş, qatırma, yupka, yufka” UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu baxımdan ermənilərin iddiaları tamamilə əsassızdır və eyni zamanda “Telekafe” kanalında yayımlanan həmin proqramın 2 il bundan qabaq hazırlandığını nəzərə alsaq, ermənilərin bu iddiaları aradan qalxmış olur. Azərbaycanın zəngin mətbəxi var və bu mətbəx nümunələri Mədəniyyət və Turizm Nazirliyi, digər dövlət qurumları, o cümlədən Azərbaycanın peşəkar aşpazları tərəfindən ölkə xaricində mütəmadi təbliğ olunur”.

"Sən gəlməz oldun" musiqisinə gəlincə isə, V.Şıxəmmədov bildirib ki, bu, dünyada kifayət qədər məşhur olan və beynəlxalq tədbirlərdə səslənən bir musiqidir: “Musiqinin müəllifinin Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyev olmasına dair heç bir şübhə yoxdur. Yəni hər kəs musiqinin kimə aid olduğunu bilir”. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
496

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
336

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
203

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
163

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
162

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
286

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
348
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 23:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru