
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Bu barədə Xəzərdə itkin düşmüş neftçilərin axtarılması üçün yaradılmış Axtarış-xilasetmə Qərargahından məlumat verilib. Qurumlarin mütəxəssisləri hər gün olduğu kimi bu gün də Qərargahın rəhbər heyətinə, davam etdirilən axtarış–xilasetmə əməliyyatlarının gedişatı ilə bağlı məruzə ediblər.
Qərargahın rəhbər heyətinə məruzə edilərək bildirildi ki, axtarış–xilasetmə əməliyyatları uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə fasiləsiz olaraq davam etdirilir.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmiləri, SOCAR-ın Dalğıc və Qəza–xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələri, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700–dən artıq canlıq qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adaları və sahil boyu vizual axtarışı davam etdirməkdədir.
SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri davam etdirilir.
İlk gündən axtarış–xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” “Təbriz Xəlilbəyli” axtarış–xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi