Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2016
16:56
“Kurtlar Vadisi Pusu”nun başlayıb-başlamayacağı bəlli oldu!

Bir neçə ay öncəyədək teleməkanın fenomen serialı olan “Kurtlar Vadisi Pusu”nun yeni mövsümü başlamadı. Tamaşaçılar maraqla serialın nə zaman başlayacağını gözləyərkən, onun gələcəyi ilə bağlı təfərrüatlar məlum olub.

Ötən mövsüm ekranların favoriti olan “Kurtlar Vadisi Pusu” Kanal D-də yayımlanırdı. Baş rolda Necati Şaşmazın  oynadığı serialın bu mövsüm başlamaması çoxlarının narazılığına səbəb olub və fanatları kədərləndirib. Bəs “Kurtlar Vadisi Pusu” yeni mövsümə başlayacaq, yoxsa?...

 

Məlum olub ki, 300 bölümü çəkilmiş serial yeni mövsümdə yayımlanmayacaq. Serialın istehsalçısı olan “Pana Film” şirkəti “Kurtlar Vadisi Pusu”nu yenidən ekranlara çıxarmaq üçün  “360 TV” və TRT ilə danışıqlar aparıb, amma bu telekanalların yayım qarışılığında yüksək məbləğ istəmələri  hər şeyi əngəlləyib. Nəticədə “Pana Film” “Kurtlar Vadisi Pusu”nun yayımını gündəmdən çıxarmağa məcbur olub. Elə bu səbəblə də “Kurtlar Vadisi Pusu”nun yayımı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu arada məlum olub ki, “Kurtlar Vadisi Pusu”nun rejissoru Doğan Ümid Karaca baş verən bu qeyri-müəyyənlikdən bezərək, serialla yollarını ayırıb. Onun artıq “Star” TV-də ekranlara gələcək “İçimdəki Fırtına” serialında işə başladığı bildirilir.

“Kurtlar Vadisi Darbe” layihəsinin isə Sərdar Akarın yeni bir seriala başlaması səbəbi ilə ləğv edildiyi öyrənilib. (Modern.az)

Məqalədə : Kurtlar Vadisi film 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
270

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
231

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
271

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
304

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
266

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
446
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 04:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru