Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2016
13:22
Azərbaycan İslam Partiyası Taleh Bağırovla bağlı bəyanat yayıb

AİP bununla bağlı bəyanat yayıb. Qurumun Mətbuat Xidmətindən "İslaminSesi"nə daxil olan bəyanatda deyilir:

26 noyabr 2015 ci il tarixində Bakının Nardaran qəsəbəsində baş verən faciəli hadisə bizim və bütün Azərbaycan xalqının kədərinə səbəb oldu. 6 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən hadisə yalnız xalqımızın düşmənlərini sevindirə bilərdi. Bu gün torpaqlarımızın 20 faizinin erməni qəsbkarlarının işğalı altında olduğu bir zamanda xalqımızın daha çox birliyə, vəhdətə, qarşılıqlı etimad və anlaşmaya ehtiyacı vardır. Təəssüflər olsun ki, belə bir dönəmdə ölkədə baş verən neqativ hallara etirazını bildirən dini cameənin üzvləri nəinki basqılara məruz qaldı, hətta silaha əl atılaraq faciə ilə nəticələnən hadisələr törədildi. Haqsız olaraq çoxsaylı insanlar həbs olundu və hazırda məhbəs həyatı yaşayır.

Azərbaycan İslam Partiyası Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısının məhkəmədən hadisədə təqsirləndirilən şəxslərə Hacı Taleh Bağırzadə olmaqla ağır və ən ağır cəza tələbini ədalətsiz və qərəzli hesab edir. Biz məhkəmədən vətəndaşlara qarşı daha humanist, qanuni mövqe tutacağını gözləyir və tələb edirik. 

Hazırkı dövrdə ölkəmizi terrorla hədələyən və müxtəlif qütblərin alətinə çevrilmiş, özlərini islamçı kimi qələmə verən, əslində İslamın düşməni olan təkfirçilərin qarşısında həqiqi islamçıların dayanmasını vacib bilib vətənpərvər, dinini sevən insanlara humanist münasibət bəslənməsini zəruri və vacib hesab edirik. Düşmənlərimizə başqa yolla qalib gəlmək çətindir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46891

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45055

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46655

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46280

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51791

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45930

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46473
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 03:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru