Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2016
10:44
“Beşiktaş” Azərbaycana gəlir

Türkiyə çempionu “Beşiktaş” Azərbaycana gələcək. Bu barədə komandanın prezidenti Fikrət Orman məlumat verib.

İstanbulda baş verən terrorla əlaqədar “Bursaspor”un rəhbəri Ali Ay televiziya verilişlərinin birinə zəng edərək, “Beşiktaş” klubuna maraqlı təklif irəli sürüb. O, iki komanda arasında xeyriyyə matçının keçirilməsini və oyundan gələcək gəlirin şəhid ailələrinə verilməsini təklif edib: “Rəqabət meydanda olur, kənarda isə qardaşlıq hökm sürməlidi. Hamımız bu Vətənin övladıyıq. Fikrət Ormanla görüşümdə də öz fikrimi dedim. Hansı meydanda keçirilməsindən asılı olmayaraq, xeyriyyə görüşünün vacibliyinə qərar verdik. Həmkarım klubun İdarə Heyəti ilə görüşdükdən sonra cavabını verəcək”.

Orman da təklifə cavabını artıq bildirib. “Beşiktaş” rəhbəri matçın “Bursaspor”un meydanında baş tutmasını istədiklərini qeyd edib. Bundan əlavə, o, Azərbaycana səfər edəcəklərini açıqlayaraq, matçın tarixinin hər iki klubun proqramına uyğun şəkildə təyin olunmasının tərəfdarıdı: “Rəqibimizi iki dəfə qəbul etmişik. Budəfəki qarşılaşmanın “Timsah Arena”da keçirilməsini istərdik. Təbii ki, əvvəldən hazırlanmış proqramlar var. “Beşiktaş”ın Azərbaycanda özəl oyunu olacaq. Hələ həmin görüşün tarixi müəyyənləşdirilməyib. Yanvarın 10-12-si aralığında Antalyada olacağıq. “Bursaspor”un prezidenti mənə müraciət etdikdən dərhal sonra biz Azərbaycan tərəfindən matçın tarixinin dəqiqləşdirilməsini xahiş etdik. Onlardan xəbər gələn kimi, biz də “Bursaspor”a cavab verəcəyik. Əgər bu dönəmdə olmasa, milli komandaların oyunu zamanı xeyriyyə matçını keçirə bilərik”. (apasport)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47995

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46062

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47715

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47331

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52863

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46918

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47345
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 16:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru