Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2016
16:05
Babasından qalan mirası almaq istəyən türkün vəkilini ərəblər həbs etdi

Birləşmiş Ərəb Əmirliklərindəki babasından külli miqdarda miras qaldığını söyləyən şəxs verdiyi sənədlərlə pulu almaq üçün BƏƏ-nin paytaxtı Əbu Dabiyə gedən türk vəkillər Vahid Aykut Ergil və Mətin Uracin ilə bağlı məhkəmə qərarı çıxarılıb. 

FaktXəbər-in məlumatına görə, hadisə Türkiyə vətəndaşı Bora A. adlı şəxsin başına gəlib. O, babasından qalan mirası almaq üçün oktyabr 25-də bütün sənədləri və vəkalətnaməni 78 yaşlı vəkilinə verib. 

Miras əməliyyatlarını sənədləşdirmək üçün Dubaya gedən vəkil orada olan İstanbul nümayəndəliyindən vəkil Mətin Uracindən də bələdçilik və tərcüməçilik üçün yardım istəyib. Hər iki vəkil 26 oktyabrda Əbu Dabidə görüşüb.

Miras əməliyyatları və miras qalan pulların transferi üçün bank rəsmilərinə sənədləri təqdim edən vəkillər bir otağa dəvət edilərək, gözləmələri istənilib. Bir müddət sonra otağa gələn polislər hər iki vəkili "Saxta sənədlərlə əmirin bankını aldatmağa cəhd" iddiasıyla həbs edib. 27 oktyabrda barələrin həbs qərarı çıxarılan hər iki vəkilin saçları dibindən qırxılıb, ayaqlarına zəncirə vurularaq həbsxanaya salınıb.

Hər iki vəkilin Türkiyə Səfirliyi ilə əlaqə saxlamalarına da qadağa qoyulub. Onların yeri barədə heç kəsə məlumat verilməyib. İşi belə görən Mətin Uracin eyni kamerada qalan başqa bir məhbus vasitəsi ilə vəkil bürosundakı dostuna xəbər göndərib. 

Bundan sonra hər iki vəkil ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi işə başlayıb. Amma buna baxmayaraq, hər iki vəkilə 1.3 il ay həbs cəzası verilib. Onlar həbslərini BƏƏ-də çəkəcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43139

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41463

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43017

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42527

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48059

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42555

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42908
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 21:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru