Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2016
11:00
Netanyahunun səfərinə ictimaiyyət nümayəndələrinin münasibəti

Sabah İsrail rejiminin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri planlaşdırılır. Sözügedən səfərlə bağlı "İslamınsəsi" portalı ictimaiyyət nümayəndələrinin münasibətini öyrənib.

İlqar İbrahimoğlu: “İsrail rejiminin baş nazirinin Azərbaycana səfərini mənfi dəyərləndiririk”

İlahiyyatçı-filosof,  DEVAMM sədri İlqar İbrahimoğlu açıqlaması zamanı bildirdi ki, Netanyahunun Azərbaycana gəlişi, uşaq qatilinin səfəri kimi dəyərləndirilməlidir.  Dünya səthində Benyamin Netanyahunun terror rejiminin başçısı kimi tanındığını söyləyən DEVAMM sədri, hər bir müsəlman tərəfindən sözügedən şəxsin lənətlənməli və pislənməli olduğunu dilə gətirib: “Birmənalı olaraq İsrail rejiminin baş nazirinin Azərbaycana səfərini mənfi dəyərləndiririk. Azərbaycan insanı və dövləti üçün İsrail rejimi tərəfdən hər hansı bir xeyirin gəlməsi mümkünsüzdür. İsrail rejimi islam ümməti üçün yaradılmış bir bəla və müsibətdir. Qondarma Qarabağ rejiminin rəhbərliyi hər hansı bir yerə səfər edərkən necə narahatlıq keçiririksə, qeyri-legitim İsrail rejiminin Azərbaycana gəlişindən də eyni formada təsirlənirik. Digər narahatedici bir məqam isə budur ki, səfər əziz islam peyğəmbərinin(s) mövluduna yaxın günlərdə baş tutur. Ümid edirik ki, yaxın gələcəkdə xalqımızın bəsirətliyi və ayıqlığı nəticəsində onlar bu cür mövzularda özlərində cəsarət tapmayacaqlar.”

Rövşən Əhmədli: “Ərazisinin 20%-dən çoxu işğal altında olan bir ölkəyə, 60 ildir fələstinlilərin doğma torpaqlarını əsarətdə saxlayan və onlara olmazın zülmlər edən rejimin baş nazirinin səfəri yolverilməzdir”

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli isə açıqlaması zamanı qeyd etdi ki, terrorçu İsrail rejimin baş nazirinin Azərbaycana gəlməsi maraqlarımıza ziddir. Rövşən Əhmədli onu da əlavə etdi ki, ərazisinin 20%-dən çoxu işğal altında olan bir ölkəyə, 60 ildir fələstinlilərin doğma torpaqlarını əsarətdə saxlayan və onlara olmazın zülmlər edən rejimin baş nazirinin səfəri yolverilməzdir, zərərlidir: “Bu cür səfər Azərbaycanın islam dünyasındakı mövqeyinə ziddir. Səfərin məqsədindən asılı olmayaraq bəşəriyyətə düşmən kəsilən cinayətkar bir rejimin rəhbərinin Azərbaycana səfəri arzu edilən deyil. Digər bir məsələ budur ki, Netanyahu deyilən şəxs təkcə müsəlmanlar arasında yox, eyni zamanda Avropa və Amerika insanları arasında da cinayətkar kimi tanınır və əleyhinə imzalar toplanır. Yəni qeyri-müsəlman xristian ölkələri də Netanyahunu insan qatili adlandırırlar. Bu baxımdan belə bir şəxsin Azərbaycana gəlişi təəssüf doğurur.”

Eldəniz Quliyev: “Bizə günahsız insanların qanına göz yummaq hesabına başa gələn siyasi divident lazım deyil”

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə açıqlamasında vurğuladı ki, İsrail tərəfdən Fələstində qətl edilən, öldürülən körpə, cavan və qocaların nalələrini unutmaq mümkün deyil. Azərbaycan əhalisinin də müsəlman ümmətindən hesab edildiyini söyləyən Eldəniz Quliyev, yazılmayan qanunlara əsasən digər müsəlmanlarla bizlərin də arasında qardaşlıq bağalarının olduğunu bildirdi: “Əgər qardaşımı qətlə yetirən rejimin rəhbəri Azərbaycana gəlirsə, əlbəttə ki, hər bir müsəlmanın bu səfərə münasibəti mənfi olmalıdır. Heç bir halda hər hansı bir siyasi uduş və ya divident minlərlə günahsız insanın qanından üstün ola bilməz. Bizə günahsız insanların qanına göz yummaq hesabına başa gələn siyasi divident lazım deyil.”

Qurban Məmmədov: “Düşünürəm ki, bu görüşdə də ölkə başçısı xalqın mövqeyini İsrailin baş nazirinə çatdıracaq”

Tanınmış hüquq müdafiəçisi Qurban Məmmədov isə açıqlaması zamanı bildirdi ki, İsrailin islam dünayasına qarşı, xüsusilə Fələstində və Qəzzada müsəlmanlara qarşı etdiklərinə görə daima etiraz səsimizi ucaltmalıyıq: “Düşünürəm ki, bu görüşdə də ölkə başçısı xalqın mövqeyini İsrailin baş nazirinə çatdıracaq. Hesab edirəm ki, hazırda İsraillə əlaqələrimiz qarşılıqlı maraqlara xidmət edir. Eyni zamanda Azərbaycan hökumətinin bu görüşdən sonra qonşu ölkələr arasında etimadı itəcək”.

Əli Nur: “Müsəlman və ya qeyri- müsəlman mənsubiyyərindən asılı olmayaraq, bütün ədalətsevər cəmiyyətlər tərəfindən qınanan işğalçı rejimdən ölkəmiz nə xeyir əldə edilə bilər”?

İlahiyyatçı alim, AİP-in siyasi məsələlər üzrə sədr müavini Əli Nur isə məsələyə münasibət bildirərək bunları dedi: “Hər zaman özünü dünyanın ağası hesab edən işğalçı sionist rejimin hansısa bir ölkəyə səfəri həmin ölkə üçün yaxşı heç nə vəd etmir. Bu, həmişə belə olub. Müsəlman və ya qeyri- müsəlman mənsubiyyərindən asılı olmayaraq, bütün ədalətsevər cəmiyyətlər tərəfindən qınanan işğalçı rejimdən ölkəmiz nə xeyir əldə edilə bilər? Bu məsələyə bir də  Yaxın Şərq, eləcə də regional Rusiya-Türkiyə münasibətləri, Suriya düyünü fonunda baxdıqda mövzu daha da aydınlaşır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54928

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52994

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54410

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54164

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59604

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53843

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54185
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2020 22:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru