Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2016
22:07
Azərbaycan Ruhanilər Məclisi Netanyahunun səfərinə etiraz bəyanatı yayıb

Azərbaycan Ruhanilər Məclisi (ARM) işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun gələn həftə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı etiraz bəyanatı yayıb.

“Bismilahir-rəhmanir-rəhim. Azərbaycan Ruhanilər Məclisi (ARM) İslam Peyğəmbəri  Həzrət Muhəmmədin (s) doğum günləri ərəfəsində O Həzrətin ümmətini ölkəsindən  didərgin salan, evlərini viran qoyan,  əli dirsəyinə qədər məzlum fələstin xalqının qoca, qadın və körpəsinin qanına bulanmış İsrail baş naziri B.Netanyahunun  ölkəmizə səfəri ilə əlaqədar Allah Rəsuluna başsağlığı  verir. Bəli məhz başsağlığı.   Doğurdanda  Allahın və Peyğəmbərin (s) və bütün  azad insanların sevmədiyi bu şəxsin  İslam dünyasına mənsub olan ölkəmizə səfəri sözün əsl mənasında müsibətdir. 

Azərbaycan xalqı insansevər və qonaqpərvərdir. Daima dünya xalqlarının  vətəndaş və rəhbərlərinə qucaq açmış və səmimi məhəbbətlə qardaşcasına qarşılamışdır. Lakin müsəlman qardaşlarımızın  qanını tökən, onları blokadada saxlayan, yaralı insanlara dərman və azuqə  çatdırmağa belə imkan verməyən insaniyyət qatili, sionist  təmsilçisi, xalqımızın qonağı deyil və olada bilməz. Bu xüsusiyyətlərə malik olan İsraillə yaxınlaşmaq əhalisi təcavüz və soyqırıma məruz qalan xalqımızın istəyini əks etdirmir.  Hər gün yaxınlıqlarında  olan insanlara qarşı cinayətgəranə rəftarlarına şahid olduğumuz bir rejimlə  yaxınlaşmaq bizə məqbul sayıla bilməz. 

Netanyahunun  ölkəmizə  səfəri bizə yaxşı heç bir şey vəd etmir. əksinə  dünya müsəlman millət və dövlətləri yanında ölkəmizin İslami hüvüyyət və imicinə öldürücü zərbə vurur.Təcavüzkar rəftarlarına görə, ümümdünya müsəlmanları tərəfindən təcrid və qınaqlarla üzləşən İsrail rejimi mövcud durumu dəyişmək məqsədi ilə istiqlaliyyətini yenicə əldə etmiş possovet ölkələrində özünə ayaq yeri axtarır. Bu qəbil məqsədlərlə ölkəmizə  nəzərdə tutulan səfərlər mənafeimizə xidmət etmir, əksinə ölkəmizi dünya müsəlmanlarının diqqət mərkəzində olan Fələstin məsələsinə biganə göstərir.

 Azərbaycan Ruhanilər Məclisi (ARM) İsrail rejimi ilə əməkdaşlığı məqbul saymır, rejimin təmsilçilərinin ölkəmizə səfərlərini məkirli hesablayır. Bütövlükdə sionist rejimlə münasibətlərin tənzimlənməsində ümumdünya müsəlman ölkələrinin maraqlarından çıxış etməyi tövsiyyə edir.” (Maide.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53956

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52094

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58643

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52894

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 17:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru