Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2016
15:12
Sevil nənə: Odunla sac üstündə bişirilən lavaşın ləzzəti bambaşqa olur

Yaşı bilinməyən milli çörək növlərimizdən biri də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən lavaşdır. Ta qədimdən bu çörək növü ölkəmizin bütün bölgələrində, xüsusən də qərb rayonlarında sevilə-sevilə bişirilməkdə və süfrələrimizi bəzəməkdədir.

Bu qədim ənənə bu gün də kəndlərimizdə yaşadılır və nəsildən-nəslə ötürülür. Hər kəsin ocağında isti sac qurulur, üzərində xəmir kündələrindən yayılan lavaşlar hazırlanır. Ölkəmizin bir çox yerində lavaşı özünəməxsus formada adlandırırlar. Qərb bölgəsində isə lavaşa “yuxa” və ya “fətir” deyirlər. Bu lavaş növlərinin bir-birindən fərqi isə onun qalınlığındadır. Yuxa lavaşın nazik formasıdır.

Ağstafa rayonunun Dağkəsəmən kənd sakini, 70 yaşlı Sevil nənə nəvə-nəticələri, qonaq üçün süfrələrdə lavaşın yerinin ayrı olduğunu, daha çox sevildiyini və iştahla yeyildiyini deyir. O, bildirib ki, sadə üsulla hazırlanan lavaş üçün un, duz və su yetərlidir: “Lavaşın bəzi növlərini quru halda həftələrlə, hətta aylarla saxlamaq mümkündür. Sacdan götürdükdən bir neçə dəqiqə sonra quruyan lavaşın üzərinə istifadədən əvvəl azca su çilənir ki, yumşalsın. İçərisinə pendir, şor, qaymaq doldurulub yeyilir və bu, dürmək adlandırılır. Ən çox da bunu uşaqlar xoşlayır. Yay aylarında evlərdə demək olar ki, gündəlik sac qurulur, lavaş bişirilir. Bu çörək növü təndirdə də bişirilir. Amma odunla sac üstündə bişirilən lavaşın ləzzəti bambaşqa olur”.

Vaxtilə qadınlar çoxlu lavaş bişirmələri ilə öyünərdilər. Sevil nənə də cavanlığında bir sac quranda 100-120 lavaş bişirdiyini xatırlayır. Deyir ki, sovet hakimiyyəti illərində ermənilər süfrələrimizdəki lavaşa təəccüblə və xainliklə baxar, hətta onlara da lavaş bişirməyi öyrətməyi xahiş edərdilər. İndi isə lavaşımızı öz adlarına çıxarmağa çalışırlar.

Qeyd edək ki, lavaş orqanizm üçün də faydalıdır. Tərkibində qabardıcı və digər zərərli maddələr olmadığından mədə və həzm sistemi üçün xeyirlidir.

AZƏRTAC 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7301

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6139

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7685

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7629

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10907

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 23:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru