Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

"Biz ölkə, millət, vətən naminə bəzən təkliflərimizi səsləndiririk. Aydın Mirzəzadə və onun kimi bəzi siyasi düşüncəsi olmayan və siyasi institutların rolunu bilməyən adamlar elə bilirlər ki, müxalifətin vəzifəsi alternativ proqram təklif etməkdir".
Bunu Toplum Tv-yə Ümid Partiyasının sədri İqbal Ağazadə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadənin "Müxalifət qiymət artımı ilə bağlı hökumətə heç bir proqram təklif etməyib" fikrinə münasibət bildirərkən deyib.
"Biz hökümətə nəyə proqram təklif etməliyik ki? Müxalifətin vəzifəsi hakimiyyəti Konstitusiyanın imkan verdiyi qanunlar və qaydalar çərçivəsində idarəetmədən uzaqlaşdırıb onun yerinə gəlməkdir. Mən niyə Aydın Mirzəzadəyə təklif verməliyəm? Getsin problemi həll etsin. Həll edə bilmir, vəzifəsindən istefa versin. Yox bir bu hələ vəzifədə oturacaq, mən də onun əvəzinə hökümətə proqram təklif edəcəm. Bu nə yanaşmadı, bu nə savadsızlıqdır?”, - deyə Ağazadə bildirib.
D18 Hərəkatının başqanı Ruslan İzzətli isə bildirib ki, istər siyasi partiyalar, istərsə də ekspertlər zaman-zaman bu problemlərlə əlaqədar hökumətə müxtəlif təkliflər verib, proqramlarla çıxış ediblər:
"Hökumət təbii ki, bu proqramları və təklifləri reallaşdıra bilməz. Çünki proqramları və təklifləri reallaşdırmaq üçün sistem dəyişməlidir. Məsələn, biz deyirik ki, monopoliya aradan qaldırılmalıdır. Hakimiyyət monopoliyanı bir az da genişləndirir. Monopolist komanda ilə necə monopoliyanı aradan qaldırmaq olar? Biz deyirik ki, iqtisadiyyat şəffaflaşdırılmalıdır, rüşvət aradan qaldırılmalıdır. Təpədən-dırnaqa rüşvətə bulaşmış bir komanda, rüşvətin qarşısını necə ala bilər? İqtisadiyyət tək əldən idarə edilirsə, iqtisadiyyat necə şəffaflaşdırıla bilər? Deyirik, seçki şəffaf olsun. Bu hakimiyyət hər seçkidə bilir ki, istənilən zaman xalqa seçmək ixtiyarı verəndə xalq müxalifəti seçib, bunları seçməyib. Biz deyirik, məhkəmələr müstəqil olsun. Amma hakimiyyət görür ki, məhkəmə müstəqil olanda hansısa alternativ fikir söyləyən gənci narkotiklə həbs edə bilməyəcək, azad media quruluşunu sıradan çıxara bilməyəcək, məhkəmələri özündən asılı saxlayır. Ona görə də Aydın Mirzəzadə və onun kimiləri "müxalifət proqram və təkliflər irəli sürmür" deməkdənsə, düşünməlidirlər ki, proqram və təklifləri reallaşdırmaq bu sistemin mahiyyətinə uyğundurmu? Xeyir. Bu dediklərimizin reallaşması üçün sistem dəyişməlidir. Monopolist, rüşvətxor, korrupsiyaner bir komanda ilə normal bir cəmiyyət, dövlət qurmaq olmaz”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədr müavini Gözəl Bayramlı da baş verənlərə görə hakimiyyəti qınayıb:
"Müxalifət liderləri kifayət qədər çıxış yolu göstəriblər ki, bu iqtisadi-sosial böhrandan necə çıxmaq olar. Məsələn, elə konkret olaraq Əli Kərimli bu mövzuda yazılar yazır və hakimiyyətə də mesajlar verir ki, ən azından böhrandan çıxmaq üçün bu yollarla problemi həll etmək olar. Amma hakimiyyət həmişə olduğu kimi müxalifətin təkliflərini qəbul etmir. Aydın Mirzəzadənin fikirlərindən bir daha aydın olur ki, ölkədə vəziyyət olduqca ağırdır. İqtisadiyyat böhranın tam dibinə doğru enməkdədir. Ona görə də çətin vəziyyətə düşən hakimiyyət günahı kiminsə üzərinə yıxmaq istəyir. Məncə, Aydın Mirzəzadə bu məsələdə müxalifəti günahlandırmaqda və yaxud müxalifətin hər hansı bir təklifinin olmadığını deməkdənsə, iqtidarın ölkəni niyə bu duruma salmasına aydınlıq gətirməlidir".
Respublikaçı Alternativ (REAL) Hərakatının Hdarə Heyətinin üzvü Natiq Cəfərli isə bildirib ki, ölkənin bu duruma düşməsində əsas günahkar hakimiyyətdir: " Təkliflərimizi internet ortamında bölüşür, mətbuat vasitəsi ilə açıqlayırıq. İndi gücümüz buna çatır. Televiziyaya buraxsaydılar, efir vasitəsilə deyərdik. Hazırda ən azından saytlar vasitəsi ilə çatdırırıq. REAL Hərəkatı olaraq 4 il bundan öncə proqram sənədlərimizi elan etmişik. Bu həm saytımızda yerləşdirilib, həm də kifayət qədər içtimayət arasında yayılıb. Bu da həmin o idarəetmənin təkmilləşdirilməsi, iqtisadi və siyasi islahatlarla bağlı təkliflər paketi şəkilindədir. Yəni söhbət ondan gedir ki, biz bu təklifləri ən azından cəm halında götürsək, 4 il öncə cəmiyyətə də, hakimiyyətə də bəyan etmişik. Bundan başqa nə edə bilərik ki? Biz proqramımızı "poçt göyərçinləri" vasitəsilə Yeni Azərbaycan Partiyasına göndərəsi deyildik ki...
21-ci əsrin hansı yeni texnologiyaları var idisə, ondan istifadə edib, öz fikirlərimizi çatdırmışıq. Sadəcə, hökumət tərəfindən buna heç bir reaksiya olmayıb. Amma son proseslər göstərdi ki, bizim proqramımızda olan bəzi məsələləri götürüb tətbiq ediblər. Burada heç bir qəbahət yoxdur. Milli Təhlukəsizlik Nazirliyinin ləğv edilib. İki yerə bölünməsini də 4 il öncə qeyd etmişdik. Regional idarəetmə formaları haqqında 4 il öncə açıqlamalar vermişdik. Bunlar proqramımızda da əskini tapıb. Artıq təhsilə, səhiyyəyə regional idarəetmə sisteminə keçirlər. Qoy icra eləsinlər, amma ən azından heç bir təklif olmayıb sözünü ictimaiyyətdə bəyan etməsinlər”.
Qeyd edək ki, deputat A.Mirzəzadə müxalifət təmsilçilərinin Tarif Şurasının qərarı ilə bağlı mövqeyini tənqid edib. Bildirib ki, müxalifət qiymət artımının alternativi kimi ortaya proqram qoymur və bu məsələdən sui-istifadə edir: "Onların hökumətə təklifləri yoxdur. Müxalifətin insanları meydanlara yığmaq cəhdi özünün varlığını yada salmaq və yaranmış situasiyadan siyasi xal qazanmaqdan başqa bir şey deyil”.
A.Mirzəzadə hesab edir ki, əvvəllər olduğu kimi müxalifət mitinq keçirmək barədə qərar versə, bu çağırışa dəstək verən olmayacaq.

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna yeni direktor təyin olunub
11
Dekabr
MSK parlament seçkilərinə qatılan 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
11
Dekabr
Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11
Dekabr
Zərgərlik məmulatının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
11
Dekabr- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi
- 25-11-2019 14:45 Deputat: "Uşaqpulu verilməlidir"
- 25-11-2019 10:16 İqlim dəyişməsinin torpaqlara təsiri ilə bağlı Coğrafiya İnstitutundan AÇIQLAMA
- 22-11-2019 13:49 Kirayə mənzillərə müraciət başlayır - DETALLAR
- 21-11-2019 18:08 Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"
- 21-11-2019 10:48 Vüqar Bayramov: Vətəndaş ona borclu olan bank niyə pul qaytarmalıdır?
- 20-11-2019 17:07 Azərbaycanda 2000-dən artıq məhkuma elektron qolbaq tətbiq edilib
- 28-10-2019 16:25 Sosial evlər üçün güzəştli kateqoriyanın siyahısı genişləndirilsin - EKSPERT
- 28-10-2019 13:22 Zərdüş Əlizadə İraqda baş verən hadisələrin səbəbini şərh edib
- 28-10-2019 10:02 Badamdar kanalizasiya sisteminin olmaması səbəbindən sürüşüb
- 28-10-2019 09:43 Mikayıl Cabbarov: "Daha böyük iqtisadiyyatda daha çox vergi mədaxili təmin edilə bilir"
- 25-10-2019 14:38 82 yaşlı deputat: Yerimizi gənclər tutmalıdır
- 25-10-2019 09:33 Qoşulmama hərəkatına rəhbərliyimiz...– Bölgədə və dünyada sülhə böyük töhfələr verə bilər
- 21-10-2019 10:35 "Homoseksuallar mütləq güllələnməlidir" - Şeyx Əbdül
- 18-10-2019 14:38 "Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq"
- 16-10-2019 10:33 “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”
- 09-10-2019 11:13 Elektron sürücülük vəsiqəsinə keçmək mümkündürmü?
- 04-10-2019 22:03 Rövnəq Abdullayev: Hansı Qarabağ qazisi müharibə vaxtı...
- 04-10-2019 12:20 Rusiyanın Azərbaycanda AES tikməsi böyük riskdir - Politoloq
- 01-10-2019 17:04 Rövşən Əhmədli: İsrail və Ermənistan özlərinə aid olmayan ərazidə qondarma dövlət yaradıblar
- 30-09-2019 19:59 Azərbaycan və qərb memarlığı: fərqli cəhətlər - Ekspert rəyi