Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2016
21:21
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, noyabrın 28-dən dekabrın 2-dən Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən YUNESKO-ya birgə təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına salınıb.

YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı

YUNESKO Hökumətlərarası Komitəsinin cari il noyabrın 30-da keçirilmiş sessiyasının qərarı ilə qəbul olunub.

Sözügedən nominasiya sənədi Azərbaycan Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, YUNESKO üzrə Milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilib.

Qeyd edək ki, YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşəramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda Lavaş bişirmə və paylaşma ənənəsindən başqa Lahıc misgərlik sənəti, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır. (Report)

Məqalədə : lavaş YUNESKO 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
60

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
180

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
500

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
387

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
376

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
425

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
398

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
533

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
501

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 11:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru