Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2016
09:54
Oğuzda tragikomik hadisə - VİDEO

Oğuzun Zərrab kənd sakini Firuz Şükürovun başına iş gəlib. Yaz aylarında ərazidə çoxalan qarışqalar onun qaz sayğacının içinə girib. Abonent qarışqaların qaz sayğacının şüşə yerində olduğunu gördükdə, Oğuz rayonunun Qaz İdarəsinə onu təmizləmək üçün müraciət edib. Bu zaman vətəndaşa sayğacın istismar müddəti bitdiyi üçün dəyişilməli olduğunu deyiblər.

Abonentin dediyinə görə, bir neçə aydan sonra sayğaca müdaxilə etdikləri iddiası ilə ona 200 manat cərimə tətbiq olunub.

Rayon Qaz İstimarı İdarəsinin məsul işçisi Mirbala Məmmədov isə deyir ki, sayğac sökülərək texniki araşdırmalar üçün Bakı şəhərinə göndərilib. Labarotoriyada sayğaca şirə töküldüyü üçün qarışqa yığıldığı bildirilib. Bu da sayğaca müdaxilə hesab edilib.

Abonent bildirir ki, rəsmi qurumun mudaxilə saydığı qarışqanın sayğaca girməsini onlar özləri xəbər veriblər. Əgər müdaxilə olsaydı, bu hadisə gizlədilərdi. İndi abonent məsələnin ətraflı araşdırılması üçün "Azəriqaz"ın rəhbərliyinə müraciət edəcək. (Xezerxeber)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4518

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3623

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5341

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5379

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6611

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 17:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru