Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2016
20:39
`Pərdə mövsümü` bitəndən 150-dən artıq sürücü cərimələnib

Noyabrın 16-dan etibarən yol polisi əməkdaşlarının keçirdiyi reydlər nəticəsində avtomobilinin şüşələrinə pərdə, jaluz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən 150-dən artıq avtomobil sürücüsü inzibati qaydada məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu il cərimələnənlərin sayında azalma müşahidə edilir: "Vaxtından əvvəl təbliğat işlərinin aparılması, maarifləndirmənin gücləndirilməsi və cərimə məbləğinin yüksək olması sürücüləri bu tələbi yerinə yetirməyə məcbur edib”.

Bölmə rəisinin sözlərinə görə, bununla bağlı 30-a yaxın şikayət də daxil olub: "Sürücülər reydlərdən xəbərsiz olduqlarını bildirirlər. Sürücülərin nəzərinə bir daha çatdırırıq ki, bilərəkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıq üzündən yol-hərəkət qaydasının pozulması inzibati xətadır. Müraciət edən sürücülərə bildiririk ki, “yadımdan çıxıb, məlumatım yox idi” kimi ifadələr işlətmək onları məsuliyyətdən azad etmir”.

V.Əsədov əlavə edib ki, reydlər davam etdirilir.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jaluz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən sürücülər inzibati məsuliyyətə cəlb edilirlər. Bu qayda pozuntusuna görə, cərimənin məbləği 150 manatdır. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43830

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42125

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43787

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43198

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48738

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43186

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43601
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 21:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru