Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2016
13:51
7317
Sabah İmam Hüseynin şəhadətinin 40-cı günüdür

Bu gün İraqda dünyanın ən böyük aksiyası həyata keçirilir. Belə ki, insanlar yüzlərlə, minlərlə qrup halında eyni məqsədə doğru hərəkət edir, Nəcəfdən Kərbəlaya doğru 90 km-lik məsafəni piyada qət edir.

İraqa getmək imkanları olmayanlar isə olduqları ölkədə  simvolik Ərbəin yürüşü keçirirlər. Və bu təkcə müsəlman ölkələrində belə deyil. Amerika, Britaniya, Almaniya və sair Qərb ölkələrində keçirilən yürüşlər barədə məlumatlar vermişdik. 

Bundan əlavə başqa məzhəbin nümayəndələri də bu qlobal aksiyada iştirak edir.

Hər nə qədər  bu aksiya əsasən şiələr tərəfindən həyaat keçirilsə də, əslində haqları əlindən alınmış və məzlum xalqların  ədalətə, ədalətli qlobal sistemə doğru yürüşüdür. Bu üzdən bəzi ölkələrdə rejim qüvvələri bu aksiyanın qarşısı ən vəhşi üsullarla almağa çalışırlar. Buna misal olaraq Nigeriyanı, Bəhreyni göstərə bilərik.

Bü yürüşün startı əslində 1400 il əvvəl  aləmlərə rəhmət Həzrət Məhəmməd (s) tərəfindən verilmiş və əziz nəvəsi İmam Hüseyn (ə) tərəfindən Mədinədən Məkkəyə, ordan da Kərbəla yürüşüylə davam etmişdir. 

FaktXeber.com-un verdiyi məlumata görə, sabah artıq Ərbəin - İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü qeyd olunacaq. Bu münasibətlə Azərbaycandakı məscidlərdə şam namazından sonra İmam Hüseyn yad ediləcək.

Xatırladaq ki, bu il Məhərrəm ayı miladi təqvimi ilə oktyabrın 3-də daxil olub. Aşura mərasimi oktyabrın 12-də qeyd olunub. 

Məqalədə : Ərbəin Məhərrəmlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
252

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
120

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
120

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
576

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
135

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
277

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
224
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 06:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru