Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2016
12:04
İlqar Məmmədov azadlığa buraxılmadı

Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının  müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin olunmaması barədə qərar qəbul olunub.

Qeyd edək ki, kassasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarından verilib. Şikayətdə onların barəsində olan hökmün ləğv edilməsi, İlqar Məmmədovun azadlığa buraxılması istənilib.

Ötən ilin oktyabr ayında Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsinin  qətnamələrinə əsasən verilən kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

Bu ilin aprel ayında Şəki Apellyasiya Məhkəməsində həmin iş üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə İ.Məmmədov və T. Yayublu barəsində bəraət hökmü çıxarılması barədə verilən vəsatətləri təmin etməyib.

Bu gün baxılan kassasiya şikayəti həmin qərardan verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14897

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13552

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14950

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14574

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19925

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14439

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14557
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 14:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru