Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2016
11:36
Azərbaycan-Rusiya sərhədində tıxac, yük maşınları sərhədi keçə bilmir - FOTO

Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən "Samur" gömrük buraxılış məntəqəsində tıxac yaranıb. FaktXəbər-in məlumatına əsasən, bunu "Report"un Şimal bürosunun müxbirinə Xaçmaz Gömrük İdarəsinin "Samur" buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib. 

Rəis müavininin sözlərinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlıq yaradıb: "Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb. Hazırda  "Samur" gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən "TIR"-ların sayı 200-ə çatıb".

C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlıqla bağlı Rusiya tərəfinin gömrükçüləri ilə mütəmadi danışıqlar aparılır: "Təqribən bir saatdan sonra Azərbaycan və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Bunun üçün müvafiq danışıqlar aparılıb. Problem də aradan qaldırılacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47011

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45180

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46775

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46395

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51941

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46055

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46568
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 17:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru