Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2016
10:05
1449
Ağsu rayon Mərkəzi Xəstəxanasının baş həkimi: `İşıq hələ də yanmır`

Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi bərpa olunmayıb. Bu barədə “Report”a RMX-nin baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.

Baş həkim bildirib ki, xəstəxanada vəziyyət eyni olaraq qalır: “Dörd gündür xəstəxanaya elektrik enerjisi generatorla verilir".

O vurğulayıb ki, gələn ilin dövlət büdcəsində xəstəxana üçün işıqpulu nəzərdə tutulub: "Bizə sadəcə noyabr və dekabr ayında kömək etmək lazımdır ki, işıq yansın. İl dəyişən kimi biz köhnə borcları da, növbəti ilə olan işıqpulunu da ödəyəcəyik".

Ş.Məlikova qeyd edib ki, "Azərişıq" ASC-yə noyabr ayına qədər işıq pulu ödənilib: "Quruma 31 920 manat pul ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400, noyabrda 520 manat pul ödəmişik".

Həkim bildirib ki, artıq dördüncü gündür xəstəxananın işığı yanmır: "Xəstələri nəzarətdə saxlayırıq ki, ağırlaşma olmasın. Amma ağırlaşma və ölüm olsa cavabdeh kim olacaq bilmirəm. Bizə hələ ki, heç bir rəsmi qurum cavab verməyib". 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
149

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
84

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
64

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
63

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
165

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
186

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
115

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
123
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 16:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru