Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Noyabr

2016
22:10
“Şagirdlərə qarşı kobud hərəkət edən müəllimlər cəzalandırılacaq”

Bakı şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə müəllimlərin şagirdləri cəzalandırması hallarına münasibət bildirib.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, məktəbdə uşağın təhsil almaq hüququ ilə yanaşı, digər hüquqları da müdafiə olunmalıdır. Onun sözlərinə görə, təhsil naziri tərəfindən 2011-ci ildə müəllimlərin etik davranış qaydaları ilə bağlı müvafiq əmr imzalanıb: "Həmin qaydalardakı bəndlərdən biri də müəllimlərin davranışında uşaqlara qarşı zorakılıq hərəkətlərinə yol verilməməsidir. Təbii ki, ictimaiyyətin hər bir nümayəndəsi kimi bizim də bu məsələyə münasibətimiz çox sərtdir. Nəzarət mexanizminə gəlincə, bununla bağlı məktəb direktorları və digər əməkdaşlarla qaydalara riayət edilməsi ilə bağlı mütəmadi söhbət edirik. İdarə bu kimi halları ciddi nəzarətdə saxlayır. Orta məktəblərdə şagirdlərə qarşı hansısa kobud hərəkət edən müəllimlər inzibati qaydada cəzalandırılacaq".

 

M.Vəliyeva məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunmasına da aydınlıq gətirib.  O vurğulayıb ki, idarənin bu məsələdə mövqeyi birmənalıdır. Şagirdlərdən pul yığılmasının yolverilməz olduğunu deyən müdir vurğulayıb ki, idarə tərəfindən direktorlara bununla bağlı tapşırıqlar verilib və bundan sonra da veriləcək:

 

"Bu istiqamətdə fəaliyyətin məktəb rəhbərliyi tərəfindən keçirilməsinə şübhə ilə yanaşıram, çünki onlar bu məsələnin nə qədər diqqət mərkəzində olduğunu yaxşı bilirlər. Amma bunu da qəbul edirəm ki, bəzi hallarda valideyn komitələrinin sədrləri hansısa tədbiri təşkil etmək üçün pul yığmaq təşəbbüsü göstərirlər. Bu da valideynlərdən gələn təşəbbüsdür. Lakin yenə də bu məsələyə məktəb rəhbərliyi nəzarət etməlidir. Hesab edirəm ki, narazılıqlar da bu məsələdən qaynaqlanır". (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
244

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
372

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
300

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
589
Şərhlər
Efqan Haciyev tərəfindən 04-11-2016 12:33:02 tarixində yazıldı
müellim
Bu muellim bedbexti coxlu cezalandirin gorek ne olacaq.Usagin ayaqaltisi etmisiz muellimleri
Memmedova Hevva tərəfindən 04-11-2016 13:04:55 tarixində yazıldı
kobudluq
Ey eziz ve hormetli sagird. Derse hazir deyilsense eceb elemisen. Men kas oleydim ki gelib senin anana paltarlari yumaga komek ede bilmedim. Gerek gelib sebi evinde derse hazir edeydim. Oxumamisan bala yaxsi elemisen. Arada vaxtin olsa gel sinfin qapisina da tepik vur .yalvariram...
Günay Həsənova tərəfindən 04-11-2016 20:32:19 tarixində yazıldı
Təklif
Bu qaydaların tam obyektiv olmağını istəyirsinizsə, o zaman valideyn,şagird və müəllimlərin birlikdə etik qaydalara əməl etməyini tələb etməlisiniz... Sizin verdiyiniz bu qərarlar şagird və valideynlərin müəllimləri təhqir və şərləməsi ilə bitir.Haqsızlıqdır... Əgər hamının hüquqları tam obyektiv qorunarsa heç bir təhqir,tənqid və cəza halları ilə də üzləşmərik...
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 06:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru