Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2016
15:12
Paytaxtda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Noyabr-dekabr aylarında əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələrini müəyyənləşdirmək, onların dərs yükü norması və əməkhaqqını artırmaqla maddi rifahını yaxşılaşdırmaq, eləcə də həmin müəllimləri inkişafyönümlü təlimlərə cəlb etməkdən ibarətdir.

Qeyd edək ki, bu ilin noyabr-dekabr aylarında ümumilikdə ölkənin 26 rayon və şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
304

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
491

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 20:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru