Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2016
15:43
Yaşı 65-i keçən müəllimlər hansı şərtlərlə işinə davam edə bilər?

«Mənim anamın oktyabr ayında 65 yaşı tamam olur və pensiya yaşıdır. Bildiyim qədər onun pensiya yaşı olduğu üçün əmək müqaviləsi ləğv edilib işdən çıxarılır və sonra ikinci bir müqavilə ilə işə qəbil edilir, amma tədris ilinin sonuna kimi. Bu məsələ deyilən formatdamı həll edilir? Yəni anam dərs ilinin sonuna kimi məktəbdə öz işini davam etdirə bilərmi?»

Oxucularından birinin ünvanladığı bu sualla bağlı FaktXeber.com Təhsil Nazirliyinə sorğu göndərib. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini-sektor müdiri Eşqi Bağırovun bunula bağlı cavabını olduğu kimi Sizlərə çatdırırıq: 

Bildiririk ki, çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.

Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
61

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
65

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
90

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
171

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
160

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
281

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
225

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
296
Şərhlər
Oqtay Əliyev tərəfindən 31-10-2016 21:01:21 tarixində yazıldı
Bəs sosial ədalət?
Yaş məhduduyyəti nə üçün digər sahələrdə, xüsusən ali dövlət idarələrində işləyənlərə şamil olunmur? Hesab edirəm ki, bu, sosial ədalətin pozulmasıdır.
Abulfat Alishov tərəfindən 01-11-2016 06:24:31 tarixində yazıldı
CƏNAB EŞQİ BAĞIROV!
VAXTİLƏ NİZAMİ TƏQAÜDÇÜSÜ OLMUŞ MƏNİ NİYƏ DİPLOMU OLMAYAN BİRİSİ ƏVƏZ ETMƏLİDİR.AXI MƏN İNGİLİS DİLİNİ YAXŞI BİLİRƏM VƏ XARİCDƏN GƏLƏNLƏRİN QABAĞINA MƏNİ DƏVƏT EDİRLƏR.BU NƏ DƏRƏCƏDƏ DOĞRUDUR,CƏNAB EŞQİ BAĞIROV ???MƏGƏR REGİON AYRICA BİR QURUMDUR Kİ,TƏHSİL NAZİRLİYİNƏ TABE OLMUR.BİZİM DİREKTOR DEYİR ki,MÜQAVİLƏ İLƏ İŞLƏYƏN MÜƏLLİMLƏR 12 SAATDAN YUXARI DƏRS APARA BİLMƏZ. DOĞRUDANMI BU BELƏDİR???12 NƏFƏR İNGİLİS DİLİ MÜƏLLİMİ HAZIRLAMIŞAM.4 NƏFƏRİ ELƏ BİZİM QAÇQIN DÜŞƏRGƏSİNDƏ İŞLƏYİR.İKİ ÖVLADIM FƏLSƏFƏ ÜZRƏ ELMLƏR DOKTORLARIDIRLAR.4 DİLDƏ SƏRBƏST DANIŞIRAM.65 YAŞIM VAR DEYƏ MƏNİ ATMALIDIRLARMI???.ÜST-ÜSTƏ AİLƏMDƏ 39 İL ALİ TƏHSİL VAR.DİGƏR İKİ ÖVLADLARIM DA ALİ TƏHSİLLİDİRLƏR.BƏSDİR, YENƏ YAZIM???ƏSL MÜƏLLİM O DEYİLMİDİR Kİ ,ONUN ÖVLADLARI ALİ TƏHSİLLİDİR!!!MÜƏLLİM ÖZ ÖVLADINI TƏHSİLLİ EDƏ BİLMİRSƏ,BUNU ÖZGƏSİNDƏN NECƏ TƏLƏB EDƏ BİLƏR???NİYƏ BAŞQA 65 YAŞLI MÜƏLLİMLƏR İXTİSASI OLDU-OLMADI 25 -30 SAAT DƏRS APARA BİLƏR, MƏN İSƏ YOX. MƏN NƏ EDİM Kİ,TƏHSİL ŞÖBƏSİ MÜDİRİNİN YERLİSİ VƏ YA QOHUMU DEYİLƏM.............??????....!!!!!!P.S ALİ KATEQORİYALI İNGİLİS DİLİ MÜƏLLİMİYƏM
Firuze Ali tərəfindən 01-11-2016 06:25:34 tarixində yazıldı
kq
90 yaşında nazir olmaq olar, müəllim olmaq olmaz...multfilm ölkəsində yaşayırıq
Cəlalət Əliyeva tərəfindən 01-03-2017 22:31:43 tarixində yazıldı
65 yaşlı müəllim
65 yaşlı ibtidai sinif müəlliməsiyəm.İşləyə bilərəmmi? 1 mart 2017
Xanım Məmmədova tərəfindən 02-03-2017 18:03:58 tarixində yazıldı
65 yaşlı müəllim
65 yaşlı ibtidai sinif müəlliməsiyəm. 15sentyabr 2017 -ci il tarixdə işimi davam etdirə bilərəmmi? Xahiş edirəm sualımı cavablandırın.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 10:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru