Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2016
09:29
Paytaxtın Səbail rayonu ərazisində qanunsuz tikililər sökülür - FOTO

Səbail Rayon İcra Hakimiyyətində yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb.

RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, bu ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb.

İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq RİH tərəfindən burada zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəziyyətə gətirilməsi prossesinə başlanılıb. Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi məlumata görə, RİH tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prosesinə başlanıb.

Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunub, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə Prokurorluq orqanlarına göndərilib.

RİH tərəfindən Badamdar ərazisində qanunsuz torpaq sahələri zəbti və tikintilərlə bağlı araşdırmalar və torpaq sahələrinin inventarlaşdırılması işləri daha qətiyyətlə davam etdirilir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
244

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
371

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
300

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
589
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 06:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru