Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2016
12:42
Azərbaycanı “Ginnesin rekordlar kitabı”na salan FACİƏ

21 il bundan əvvəlin məhz bu günü – 28 oktyabr tarixində Bakı Metropolitenində “Ulduz “ və ” Nərimanov” stansiyaları arasında faciəvi qəza  baş vermişdi.

FaktXəbər-in verdiyi məlumata görə, 1995-ci ilin 28 oktyabrında baş vermiş bu qəzada 300 isan həyatını itirmiş, 400 nəfər isə yaralanmışdı.

Hadisə baş verdikdən sonra aparılan araşdırmalar nəticəsində qəzaya səbəb kimi “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın mühərriklərindən birində yanğın baş verməsi göstərildi.

Maşinist qatarı tuneldə saxlamış və təşviş içində olan insanlar vaqonlardan çıxaraq tunel boyu qaçmağa başlamışdılar. Havaçəkmə sistemi yararsız olduğundan və insanlar bir-birilərinin ayaqları altında qaldıqlarından xeyli adam həlak olmuşdu.

Qeyd edək ki, bu faciəvi qəza “Ginnesin rekordlar kitabı” redaksiyasını dünyanın  ən dəhşətli metro qəzaları siyahısına bir daha yeniləməyə məcbur etdi.  Nəticədə o vaxt “birincilik” Azərbaycana ötürüldü. 

Həmin hadisəyə görə ölkəmizdə 3 gün matəm elan olunmuşdu.

Məqalədə : metro qəza yanğın 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
260

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
226

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
266

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
299

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
261

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
441
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 03:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru