Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2016
15:14
Peşə təhsil məktəblərinin müəllimləri qiymətləndiriləcək

“Yaxın vaxtlarda peşə təhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq”.

Bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.

 

O bildirib ki, ixtisasa uyğun, səriştəsi olan müəllimlər işdən kənarlaşdırılmayacaq.

 

Direktorun sözlərinə görə, Bakı və Gəncədə fəaliyyət göstərən peşə təhsil mərkəzlərində çalışan müəllimlərin 52 faizinin yaşı 55-dən yuxarıdır.

 

Ölkədə peşə təhsili və təlimi sektorunun inkişafı ilə bağlı strateji planın hazırlandığını bildirən F. Mustafayev qeyd edib ki, peşə təhsil məktəblərində oxuyanlara təqaüdlərin dayandırılması gündəmdə deyil.

 

Direktor onu da qeyd edib ki, böyük şəhərlərdə inşa ediləcək peşə təhsil mərkəzlərin yataqxanaları olacaq: “6 və 9 saylı peşə təhsil məktəbləri birləşdirilir, bunların əvəzində Koreya dövlətinin ayırdığı vəsait hesabına Sənaye və İnnovasiyalar üzrə peşə təhsil mərkəzi yaradılacaq. Bu mərkəzin də həm qızlar, həm də oğlanlar üçün ayrıca şəraiti olan yataqxanalar olacaq”. (APA)

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09

Dekabr
13:10
İQTİSADİYYAT
266

Şənbə günü yol qəzalarında 4 nəfər ölüb

09

Dekabr
13:08
HÜQUQ,HADİSƏ
216

Təhsil naziri əmr imzalayıb

09

Dekabr
13:03
ELM / TƏHSİL
2219

Bu ərazilərdə işıq olmayacaq

09

Dekabr
13:01
ÖLKƏ
258

Sabahın hava proqnozu açıqlanıb

09

Dekabr
12:59
ÖLKƏ
207

"Qızım İlkinin evində öldü" - Atası DANIŞDI

09

Dekabr
12:30
HÜQUQ,HADİSƏ
576

Xırdalanda partlayış olub, xəsarət alan var

09

Dekabr
11:41
HÜQUQ,HADİSƏ
225
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 15:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru