Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2016
10:10
Azərbaycan İslam Partiyası Azərbaycan xalqına təşəkkür etdi

Azərbaycan İslam Partiyası xalqımıza, mömin və möminələrə Aşura mərasimində göstərdikləri yüksək coşqu, İmam Hüseynə(ə) əməlləri ilə ifadə etdikləri sonsuz və sönməz sevgi münasibətilə minnətdarlıq edib. Müraciətdə deyilir:

Allah-təala bəşəriyyətin xilası üçün göndərdiyi İslam dinini cəmiyyətə çatdırmaq və yaymaqdan ötrü Məhəmmədi(s) Öz elçisi - peyğəmbər seçdi. O zaman ki, müşriklər, yezid kimilər (Allah onlara lənət etsin) hakimiyyətə yiyələndilər İslam dininin aradan getməsi prosesi başlandı. Allah-təala bu dəfə İslamı qorumaq və yenidən bəşəriyyətə olduğu kimi təqdim etmək üçün Həzrət Hüseyni(ə) seçdi. Bu səbəbdən Kərbəla hadisəsi ilə bütün bəşəriyyət üçün həm yenilməz bir məktəb yarandı, həm də Quran və Peyğəmbər(s) Əhli-Beyti günümüzə və qiyamətə qədər yaşamaq, sevilmək haqqı qazandı.

Əziz xalqımıza zərif və incə qəlbində Allaha, İslam Peyğəmbərinə və İmam Hüseynə(ə) bu sevgini, bu məhəbbəti yaşadıb qoruduğu üçün Azərbaycan İslam Partiyası olaraq səmimi təşəkkürümüzü bildiririk. Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də keçirilən Aşura mərasimi və xalqımızın, sadə insanların, mömin və möminələrin bütün çətinlik və bəzi yersiz yasaqlara baxmayaraq bu mərasimdə pak niyyətlə, heç bir çağırış, dəvət olmadan iştiraka can atmaları bir daha sübut etdi ki, İmam Hüseyn(ə) eşqini qəlblərdən heç nə silə bilməyəb və bilməz.

Ölkəmizin pir və məscidlərində bu gün də Məhərrəm ayının ayin və ziyarət mərasimləri davam edir. Bəzi müdaxilələrə baxmayaraq böyüklü-kiçikli hər kəs bu günlərin xeyirli gələcəyindən bəhrə aparmaq istəyində, arzusundadır. Torpaqlarımızın 20 faizinin işğal altında qaldığı indiki məqamda xalqımız üçün İmam Hüseyn(ə) məktəbinin, Kərbəla hadisəsinin insanlığa verdiyi unudulmaz dərsin nəticələrinin qiymətsiz əhəmiyyəti vardır. Xoşbəxt qövm odur ki, bu neməti doğru, düzgün dərk etsin və əmələ çevirsin.

Aşura və ümumən Məhərrəmlik ayında həyata keçirilən digər ayinlər millətimizin mədəni irsinə çevrilmişdir desək yanılmarıq. İllər, əsrlər ötdükcə göründüyü kimi, İmam Hüseynə(ə) məhəbbət də insanlar arasında artmaqda davam edir. İnanırıq ki, xalqımız torpaqlarımızın azadlığına da bu məktiəbi yaşatmaq və onu həyata keçirməklə nail olacaqlar. Xalqımıza bu yolda qələbələr arzulayır, Allahdan hər kəsə bu dünyada İmam Hüseynin(ə) ziyarətini, axirətdə şəfaətini diləyirik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
531

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
430

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
657

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 14:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru