Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2016
09:37
“Cahangir Hacıyev 3-5 il həbsdə qalacaq” - ekspertdən ilginc açıqlama

“Beynəlxalq Bank işi” üzrə davam edən məhkəmə prosesi ötən həftə başa çatdı. Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev başda olmaqla təqsirləndirilən şəxslər ağır cəzalara məhkum edildilər. Xüsusilə, C.Hacıyevin 15 il həbs cəzası alması ən çox müzakirə edilən məsələlərdən oldu. 

Bundan sonra da bu tipli həbslərin olacağı ilə bağlı ictimaiyyət arasında fikirlər dolaşır. Hakimiyyətin qarşıdakı aylarda iqtisadi və siyasi sahələrdə islahatlar aparacağı və islahatlar çərçivəsində C.Hacıyev tipində bəzi iri ranqlı məmurların onun taleyini yaşaya biləcəkləri qeyd olunur. 

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, bundan sonra bu tipli həbslər gözlənilmir: “Cahangir Hacıyevi məhkəmənin qərarına əsasən deyə bilərik ki, 400 milyon manat vəsaitin mənimsənilməsində günahlandırdılar. Söhbət axı 6  milyarddan gedirdi, qalan pullar hardadır? Onları kim götürüb? Hesab edirəm ki, Cahangir Hacıyev bizim üçün deyil, müəyyən Qərb institutları üçün nümunədir. Göstərmək istəyirlər ki, tədbir görüldü, cəzalandırıldı və.s. Amma əsas vəsaitlərin götürülməsi, necə yoxa çıxması ilə bağlı ümumiyyətlə danışılmır. Açığı bu proseslərə baxışım fərqlidir. Hesab edirəm ki, bu, daha böyük prosesləri ört-basdır etmək üçün həyata keçirilən həbslər idi. Götürək MTN məsələsini. Orada da 3-4 nəfəri tutdular, Eldar Mahmudov kənarda qaldı. Bəziləri deyir evində oturub, bəziləri də deyir ki, xaricdə dincəlir. Gözdən pərdə asmaq üçün bəzi şəxsləri həbs etdilər, əsas şəxs isə qaldı kənarda. Burada da sanki müəyyən dairələrə göstərmək istədilər ki, bizdə bu sahədə iş getdi, şəxslər həbs olundular və cəzalandırıldılar. O vaxt da demişdim ki, MTN məsələsi Azərbaycanın sırf daxili məsələsi deyil. Cəmiyyətin deyil, xarici dövlətlərin təzyiqi nəticəsində bu proseslər baş verdi. Beynəlxalq Bankın problemləri də həmin problemlər idi. MTN və Beynəlxalq Bank kimi problemlərin arxasında nələr durursa, cəmiyyət bundan xəbərsizdir. Ona görə də bu həbslərə və gedən proseslərə korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi baxmaq lazım deyil. Bunları mən belə görmürəm”.

“Turan” rəhbəri C.Hacıyevin məhkəmə prosesləri zamanı maliyyə naziri Samir Şərifov və digər iri ranqlı məmurların adlarını çəkməsinin onlara təhlükə olub-olmamasına da toxundu: “Məncə, o şəxslərin  hədəf götürülməsi onlar üçün təhlükə olmayacaq. Cahangir Hacıyev məsələsində milyardların söhbəti gedirdi, baxmayaraq ki, məhkəmə milyonları önə çəkdi. Burada hamının iştirakı var. Necə ola bilər ki, hakimiyyət özü-özünü cəzalandırsın? Bu baxımdan bəzi şəxsləri qurban verirlər, bununla guya özlərini iş görmüş kimi qələmə verirlər. Cahangir Hacıyev 2,3 və ya 5 il həbsdə qalacaq, sonra azad edəcəklər. Başqa cür də ola bilməz”.

M.Əliyev sabiq bankirin məhkəmədə arxayın görünməsi və  hədələyici tonda danışması barədə bunları dedi: “Orada iki məsələ var idi. Belə vəziyyətlərdə ”qardaş, arxayın ol, sən get cinayətləri boynuna götür, darıxma, hər şey sonra yaxşı olacaq" kimi müəyyən vədlər verilir. Cahangir Hacıyev bu tipli çıxışları ilə özünü müəyyən qədər sığortalayır. Düşünür ki, onu aldada bilərlər, hansısa formada aradan götürərlər. Ona görə də mesaj verir ki, şərtimiz şərtdir, səhərisi gün nəsə baş versə, belə edəcəm, yaxud kimlərsə edəcək. Mesajlar ondan ibarətdir ki, dediyinizi mən elədim, növbə sizdədir. Burada başqa bir şey yoxdur".

Müsahibimiz bu cür həbslərin məmurları qorxutmadığı və Azərbaycan üçün heç bir əhəmiyyətinin olmadığı qənaətindədir: “Problemlər qalmaqda davam edir. Şəxslərin həbsi boş şeydir. Əsas olan kütləvi müsbət dəyişikliklərin baş verməsidir. Həmişə ”ASAN Xidmət"i nümunə kimi gətirirlər. Məişət və digər sahələrdə bu sistem rüşvətin qarşısını müəyyən qədər alıb, şəffaflıq yaranıb. Əvvəllər adi sənədi almaq üçün saatlarla növbədə qalırdıq, insanlar pul verməyə məcbur olurdular. Amma indi bu kimi hallar müəyyən qədər aradan qalxıb. Yəni dediyim odur ki, sistem dəyişməlidir. Əgər bu baş verərsə, hər şey dəyişər. Bu istiqamətdə proses gedir, amma ləng gedir. Neft Fondunda nəzərdə tutulmuşdu ki, ictimai nəzarət olsun, amma ictimaiyyət nümayəndələrini ora buraxmırlar. Fonda pul gəlir, ümumi şəkildə deyirlər ki, müəyyən məbləğdə vəsait daxil oldu. Amma vəsaitlərin haradan gəldiyi, hara ötürüldüyü, bunun lazımlı olub-olmaması məlum deyil. Çünki ictimai nəzarət yoxdur. Halbuki bu nəzərdə tutulmuşdu. Bütün sahələrdə bu problemlər var. Məhkəmə sistemi azad deyil, kimi gəldi baltalayırlar, sifarişlərlə qərarlar çıxarırlar. Sistemdə dəyişikliklər olmalıdır ki, nəticələr əldə olunsun. Birini digəri əvəz edəcək, heç bir xeyri olmayacaq, çünki eyni sistemə qulluq edəcəklər. Beynəlxalq Bankın yeni rəhbərinin yaxınlarda doğum günü olub. Məndə  məlumat var ki, ona öz işçiləri tərəfindən bahalı hədiyyələr verilib.  Bu da onu göstərir ki, orada problemlər qalır. Hesab edirəm ki, müdir öz işçilərindən hədiyyə qəbul etməməlidir. Ola bilər ki, kollektiv yığışıb nəsə hədiyyə alsın. Amma bankın içərisindən necə hədiyyələr alındığı və özü də hansı qiymətə, bu barədə məlumatlar var".(Yeni Musavat)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
298

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
494
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 07:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru