Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2016
13:35
İxrac gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb-SİYAHI
Qərar noyabrın 7-dən qüvvəyə minəcək və 5 il müddətində qüvvədə olacaq

Nazirlər Kabineti (NK) ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısını genişləndirib.

NK-dan verilən məlumata görə, bununla əlaqədar “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişikliklər edilib və ona bir sıra mal mövqeləri əlavə edilib. Qərar noyabrın 7-dən qüvvəyə minəcək və 5 il müddətində qüvvədə olacaq.

Trend həmin malların siyahısını və onlara görə müəyyən edilmiş gömrük rüsumlarını təqdim edir: İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya adi üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), tük örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş:

bütöv dərilər, ikilənməmiş, quru halda hər biri 8 kq-dan çox olmayan, quru-duzlu halda 10 kq-dan çox olmayan və ya təzə, yaş-duzlu və ya ayrı konservləşdirilmə halında 16 kq-dan çox olmayan kütlə ilə:

təzə kq 1000 kq-a 500 ABŞ dolları

yaş-duzlu kq 1000 kq-a 500 ABŞ dolları

quru və ya quru-duzlu kq 1000 kq-a 500 ABŞ dolları

digərləri kq 1000 kq-a 500 ABŞ dolları

bütöv dəri, çəkisi 16 kq-dan çox:

təzə kq 1000 kq-a 500 ABŞ dolları

yaş-duzlu kq 1000 kq-a 500 ABŞ dolları

quru və ya quru-duzlu kq 1000 kq-a 500 ABŞ dolları

digərləri kq 1000 kq-a 500 ABŞ dolları

digərləri - gönü qalın, yarı qalın və ətək hissələri daxil olmaqla kq 1000 kq-a 500 ABŞ dolları

Emal edilməmiş qoyun və ya quzu dəriləri (təzə və ya duzlu, quru, küllənmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), yun örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş, bu qrupun qeydlərinin 1-ci hissəsinin “v” bəndində sadalananlardan başqa:

yun örtüyü ilə:

quzuların kq 1000 kq-a 500 ABŞ dolları

digərləri kq 1000 kq-a 500 ABŞ dolları

yun örtüyü olmayan:

pikellənmiş kq 1000 kq-a 500 ABŞ dolları

digərləri kq 1000 kq-a 500 ABŞ dolları

iribuynuzlu mal-qaranın (camış daxil olmaqla) gönündən aşılanmış dəri və ya krast və ya atlar fəsiləsi heyvanlarının, tük örtüyü olmayan gönlərindən hazırlanan, ikilənmiş və ya ikilənməmiş və sonradan emal edilməmiş:

nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla):

ikilənməmiş cilalanmamış üzlük; ikilənmiş üzlük:

İribuynuzlu mal-qaranın (camışlar daxil olmaqla) bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kvfutdan) artıq olmayan kq 1000 kq-a 350 ABŞ dolları

digərləri:

iribuynuzlu mal-qaranın (camış daxil olmaqla):

bütöv gönlərdən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kvfutdan) artıq olan kq

1000 kq-a 350 ABŞ dolları

digərləri 1000 kq-a 350 ABŞ dolları

Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yun örtüyü olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal olunmamış:

nəm halda (xromlanmış yarımfabrikatlar daxilolmaqla):

ikilənməmiş kq 1000 kq-a 150 ABŞ dolları

ikilənmiş kq 1000 kq-a 150 ABŞ dolları

(Trend)

Məqalədə : ixrac gömrük rüsum 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
307

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
289

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
245

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
336
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 03:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru