Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2016
15:07
Natiq Cəfərli: `Satış həcmi azalacaq…`

“Əhalinin də alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə alaraq, satış həcmi azalacaq, bu da gəliri aşağı salacaq”, bu barədə İqtisadçı Natiq Cəfərli özünün feysbuk statusunda yazıb. 

“Toyuq ətinin gömrük rüsumlarının artırılmasının nəticələri haqqında bir neçə dəfə yazı yazdım, bir neçə müsahibə verdim, yolun yanlış olduğunu, daxili istehsalçıya heç bir xeyri olmayacağını, son zərbənin istehlakçıya dəyəcəyini, yerli şirkətlərin toyuqdan hazırladığı kolbasa, sosiska və digər yarımfabrikat məhsullarının məhz idxal olunan ətdən istehsal edildiyini dedim – nə fayda, dinləyən, nəticə çıxaran yoxdur ki, yoxdur.

Bu gün yerli istehsalçı olan “Səba” şirkətində 60 nəfər işdən azad edilib, yerdə qalanların maaşları isə 40% azaldılıb – bu da sizə yerli istehsalçıya dəstək addımları, qərardan hələ heç 5 gün keçməyib.

Çox güman, Səba öz xərclərini azaldır, bilir ki, daha xaricdən məhsul alıb, qablaşdırmaq, yarımfabrikatlar və hazır məhsullar istehsal etmək sərfəli olmayacaq, yerli kolbasa və sosiskanın qiyməti qalxacaq. Əhalinin də alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə alaraq, satış həcmi azalacaq, bu da gəliri aşağı salacaq. Multfilm davam edir ölkədə…”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
151

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
301

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
227

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
206
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 15:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru