Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2016
14:18
Müəllimlərə ən çox maaş verən ölkələr - SİYAHI

Bu gün dünyanın 100-dən artıq ölkəsində Beynəlxalq Müəllimlər günü (World Teacher`s Day) qeyd olunur.

Müəllimlər gününün qeyd olunması bütün  təhsil işçilərinin cəmiyyətdəki vəziyyətinə, onların ölkənin inkişafındakı roluna diqqət yetirməyi nəzərdə tutur.

5 oktyabr tarixi təsadüfən seçilməyib. 1966-cı ilin bu günü Parisdə YUENSKO və Beynəlxalq Əmək Təşkilatının birgə iclasında “Müəllimlərin durumu” haqda sənəd qəbul olunub. Həmin sənəddə müəllimlərin hüquqları, onların təsnifatının yüksəldilməsi yolları, işə qəbul və əmək şərtləri barədə tövsiyələr yer alıb.

 

1994-ve ildən bəri iclasın keçirildiyi tarix Müəllimlər günü kimi qeyd olunur. Hər il Müəllimlər gününü yeni devizi olur. 2016-cı ildə bu deviz: “Müəllimin yüksək statusu – onun ixtisasının dəyərinin tanınmasıdır” şəklindədir.

 

YUNESKO-nun Statistika İnstitutunun məlumatına görə 2020-ci ilə qədər ibtidai təhsil üçün dünya ölkələrinə əlavə 12,6 milyon müəllim lazım olacaq.

 

Ümumiyyətlə, “pedaqoq” sözü Qədim Yunanıstanda yaranıb. Yunanlar ağalarının uşaqlarını məktəbə aparıb-gətirən qullarını belə adlandırırdılar. Yunan dilində “pedaqoq” sözü “uşaq aparmaq”, “uşaq gəzdirmək” mənasını verir. Pedaqoqlar tədricən quldan evdə dərs deyən müəllimlərə çevrildilər.

Ginnesin Rekordlar Kitabı dünyanın ən qədim universiteti olaraq Mərakeşin Fəs şəhərində yerləşən Əl-Qarauin universitetini qeydə alıb. Universitet 959-cu ildə Fatimə və Məryəm əl-Fəhri bacılarının maliyyəsi ilə tikilib.

Dünyanın 123 ölkəsində dərs ili 1 sentybarda,43 ölkədə 1 yanvarda və 16 ölkədə 1 martda başlayır.

Çexiyada “5” ən pis, “1” isə ən yaxşı qiymət sayılır. Fransada 20 ballıq, Çində isə 100 ballıq qiymətləndirmə sistemi mövcuddur. Norveçdə 8-ci sinfə qədər şagirdlərə qiymət yazılmır.

Hindistandakı məktəblərdən birində 28 min şagird təhsil alır. Ən bahalı məktəb isə Londonda yerləşən “Beynəlxalq ledi və centelmenlər məktəbi” sayılır. Burada illik təhsil haqqı 80 min dolları keçir.

Finlandiyada dərsdə müəllimlə yanaşı, müəllim köməkçisi də olur. Müəllim şagirdin istəyi olmadan ondan dərs soruşa, yaxud lövhəyə çıxara bilməz.

Finlandiya məktəblilərinin nüfuzlü PİSA təşkilatının reytinqində dünya üzrə birinci yerdə dayanır.

2003-cü ildə avstraliyalı müəllim tarixin ən uzun dərsini keçmişdi. Həmin dərs 54 saata qədər davam etmişdi.

 

Çində dərsdən qabaq bütün şagirdlər mütləq şəkildə idman edir və açıq havaya çıxır. Bundan başqa, onlara dərsdə yatmaq və yemək yeməyə icazə verilir.

 

Belçikada qazlaşdırılmış su texnologiyasından istifadəyə qədər şagirdlərə pivə verilirdi.

Azərbaycanda isə müəllimlərin maaşı uzun illərdir müzakirə olunur. Müəllimlər əmək haqlarının nəhayət dolanışığa yetəcək qədər artacağına ümid edirlər. 

Təxmini hesablamalara görə, hazırda Azərbaycanda iş stajından və dərs saatından asılı olaraq müəllimlərin orta aylıq əmək haqqı 150 - 240 avro arasında dəyişir.

 

Dünya ölkələrində orta aylıq əmək haqqına görə ölkələrin siyahısını təqdim edirik.

 

1. Lüksemburq – 5653 avro

2. Almaniya – 3550 avro

3. İrlandiya – 3226 avro

4. Avstraliya – 3200 avro

5. Hollandiya – 3165 avro

6. ABŞ - 2600 avro

7.  Danimarka – 3046 avro

8. Belçika – 2688 avro

9. Böyük Britaniya – 2680 avro

10. Avstriya – 2520 avro

11. İtaliya – 1995 avro

12. Polşa-999 avro

13. Türkiyə - 800 avro

14. Estoniya – 745 avro

15. Rusiya – 545 avro

16. Ukrayna – 260 avro

17. Gürcüstan – 230 avro

18. Ermənistan – 280 avro

19. Finlandiya – 3500-4500 avro.

(Modern.az)

Məqalədə : müəllim maaş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
5

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
5

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
80

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
156

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
150

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
281

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
225

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
296
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 10:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru