Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2016
11:08
Əhali kredit kartından sürətlə imtina edir

2016-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə ödəniş kartlarının sayı 158 min ədəd azalaraq 5 milyon 270 min ədədə düşüb.

İlin əvvəlindən ödəniş kartları 389 min ədəd, ötən ilin iyun ayından bəri isə 818 min ədəd azalıb. Qeyd edək ki, 2015-ci ilin iyun ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə qalxmışdı.

Avqustda sosial kartlar 134 min ədəd azalaraq 2 milyon 363 min ədədə, kredit kartları 16 min ədəd azalaraq 728 min ədədə, debet kartları 13 min ədəd azalaraq 648 min ədədə düşüb. Əməkhaqqı kartları isə 5 min ədəd artaraq 1 milyon 531 min ədədə yüksəlib.

2015-ci ilin yanvar ayında kredit kartlarının sayı 1 milyon 322 min ədədə qalxmışdı. Ötən müddət ərzində kredit kartlarının sayı 594 min ədəd azalıb. Təkcə 2016-cı ilin 8 ayı ərzində kredit kartlarının sayı 282 min ədəd azalıb. Ötən ilin 8 ayında kredit kartlarının sayı 141 min ədəd azalmışdı.

Qeyd edək ki, kredit şərtləri sərtləşdirildikdən sonra kredit kartları almaq çətinləşib və ya bir sıra banklar ümumiyyətlə kredit kartı satmırlar. (marja.az)

Məqalədə : əhali kredit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53445

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51628

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53128

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52833

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58193

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52476

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52867
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 06:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru