Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2016
14:23
Təcili yardım və xəstəxana rəhbərlərinə TAPŞIRIQ

Kimsəsizlərin hospitalizasiyası işinə dair tədbirlər görülüb.

Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini da daha da yaxşılaşdırmaq məqsədilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Birləşmiş şəhər Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirib. Toplantıda bu istiqamətdə mərhələli şəkildə həll olunacaq tədbirlər müzakirə olunaraq qərarlar qəbul edilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.

Klinikaya hospitalizasiyasına ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir. Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür. (virtualaz.org)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
156

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
254

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
271
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 18:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru